Badambura

BadamburaƏrzaqlar:

Xəmir üçün:Badambura

900 q un

2-3 yumurta

200 q kərə yağı

2 x.q xama

1 ç.q quru maya

Aparanadək süd

İçlik üçün: Badambura

500 q badam ləpəsi

500 q şəkər tozu

1/4 ç.q hil

Yağlamaq üçün: 400-450 q kərə yağı

Hazırlanması:

Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.

BadamburaYağı əridirik.

BadamburaMayanı ilıq süddə qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.

BadamburaUnun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edib qarışdırırıq.

BadamburaYumşaq xəmir yoğururuq.

BadamburaXəmirin üstünə sellofan çəkib, dəsmal qoyub, adyala bükürük, 1-2 saat acımağa qoyuruq.

İçlik hazırlayırıq. Badam ləpəsinin qabığını təmizləmək üçün Badam ləpəsinin təmizlənməsi baxa bilərsiniz.

Təmizlədikdən sonra quruması üçün  tavada az qovurub soyuduqdan sonra sürtgəcli maşından keçiririk.Çəkilmiş badama şəkər tozu və hil ilə qarışdırırıq. İçliyimiz hazırdı.

BadamburaXəmirdən 10 ədəd kündə düzəldirik.

BadamburaKündənin birini götürüb az un səpib oxlov ilə nazik yuxa yayırıq.

BadamburaBadamburaYuxanı əlimiz ilə az dartıb böyüdürük və yağlayırıq. Bu qayda ilə 5-5 yuxaları yayıb yağlayırıq.

BadamburaYağlanmış yuxa qatlarını qoğalda olduğu kimi lentvari kəsirik.

BadamburaKəsilmiş yuxa qatlarını bükürük.

BadamburaHamısını bu qayda ilə kəsib bükürü. Bir yerə yığıb üstünə qurumasın deyə sellofan çəkirik.

BadamburaBadamburaBükdüyümüz xəmirin birini götürüb 0,5 mm qalınlıqda əlimizlə qatları gözləyə-gözləyə yayırıq. Ortasını qabarıq şəkildə qabağa döğrü çökəldirik.

Içlıiyi qoyub badamburanın yanlarını yaxşı uc-uca alta doğru bərkidirik. Şəkərbura kimi bükürük. Bükülən yer altda ortada qalmalıdır.

Bütün badamburaları hazırlayib qurtardıqdan sonra bişirməyə başlayırıq. Qurumasın deyə üstünə sellofon çəkirik.

170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk. Bişirərkən badamburaların üzü qızarmamalıdır ağ qalmalıdır.

Bişmiş badamburaları düz qaba yan-yana yığırıq tamam soyuduqdan sonra isə qazana yığıb ağzını örtürük.

BadamburaNuş olsun!

Mətbəx     Baxılıb: 10491   Tarix: 21 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Ləzzətə hopdurulmuşdur: Fan Kartof Resepti

Fan Kartof Resepti üçün Tərkibi. 4. orta ölçü. kartof. 5. yemək qaşığı. kərə yağı. bir. diş. sarımsaq. bir. desert qaşığı. duz. 3-4. filial. rozmarin (istədiyiniz kimi). bir. çay qaşığı. təzə doğranmış qara bibər. İkinc

.

Balqabaq yeməyi resepti üçün maddələr 5 nömrə orta balqabaq bir nömrə orta soğan 3 diş sarımsaq 4 yemək qaşığı zeytun yağı bir nömrə böyük pomidor 1/2

Balqabağın toxumlu hissələrini yemək hazırlayarkən istifadə etməyin, çünki yeməyi sulandırmaz. Rəndələnmiş balqabaqlı balqabağın hazırlanmasında da istifadə edə bilərsiniz. İstəsəniz balqabağı yarıya bölün. Tava içərisin

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Asan Və Ləzzətli: 300 Kaloridən çox Olmayan 7 Yemək

Karnabahar gratin. Kalori - təxminən 250 kalori. Tərkibi:. Gül kələmi - 1 ədəd. Süd - 0,5 l. Krem - 100 ml. Sarımsaq - 3 diş. Sərt pendir - 100 q. Kərə yağı - 25 q. Dadmaq üçün duz. Zövqə görə üyüdülmüş ağ istiot. Pişirm

turlar.az

toy gecesi geyim seçimi gözəllik məhsulları hicab haqqinda düzgün makiyaj öpüşmək bəxtiyar vahabzadə kosmetika seksler zəhmət ariqlamaq məsəllər novruz bayramına aid hakışta