"Bağa girəndə onun ağa bükülmüş meyitini gördüm" - Aygün Bəylərin qardaşı

"Bağa girəndə onun ağa bükülmüş meyitini gördüm" - Aygün Bəylərin qardaşıƏməkdar artist Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşı Abbas Hümmətov və onunla ittiham olunan Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, onun qardaşı Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə Aygün Bəylərin qardaşı Abbas Hümmətov ifadə verib.

O qeyd edib ki, Elnur Əsirov ilə birlikdə internet klub işlədib, Ramil Əsirov ilə uşaqlıq dostu olub: "Elmir mənə narkotik əkməyi təklif etdi. Mən də narkotik istifadəçisi olmuşam. Narkotik əldə etmək çətin məsələ idi. Buna görə də narkotik vasitə əkmək barədə razılığa gəldim. Cavid narkotik əkmək üçün ev təşkil elədi. Həmin evə baxdıq, evin şəraiti yaxşı deyildi. Evi təmir edəndən sonra orada narkotik əkməyə başladıq".

Əməkdar artistin qardaşı qətl törədilən gündən danışıb: "Hadisə baş verən gün Elmir mənə zəng elədi, bağa getmək lazım olduğunu söylədi. Yolüstü Fuad və Elmiri götürəndən sonra bağa getdik. Bağa girəndə ortalıqda Elnurun ağa bükülmüş meyitini gördüm. Elnurun qətlə yetirilməsindən pis oldum. Qohumum olduğu üçün orada qala bilmədim və oradan çıxaraq evə getdim. Səhəri gün Elnurun meyitini bağda basdırdıqlarını bildim, bu barədə heç kimə heç nə deməməyimi məsləhət bildilər".

Dövlət ittihamçısının suallarını cavablandıran Abbas Hümmətov ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləməyib. O qeyd edib ki, istintaqda ona işgəncə veriblər. Təqsirləndirilən şəxs bildirib ki, Elnurun qətlə yetirilməsindən, kimin tərəfindən öldürülməsindən xəbəri olmayıb. O həmçinin deyib ki, narkotik vasitəni satmaq üçün yox, şəxsi istifadə etmək üçün əkiblər:

Abbas Hüseynovun istintaqa verdiyi ifadə elan edilib.

O, istintaqa ifadəsində bildirib ki, 2013-cü ildə taksi fəaliyyəti ilə məşğul olub. Tanışları Fuad Məmmədzadə, Cavid Alxazov, Elmir Alxazov, Ramil Əsirov və Elnur Əsirovla Qala qəsəbəsində yaşayıb dostluq ediblər: "Marixuana əkib-becərən tanışlarımı evlərinə taksi ilə aparmışam. Buna görə onlar pul əvəzinə mənə çəkməyə marixuana veriblər".

Abbas Hümmətovun ifadəsinə görə, 2013-cü il iyun ayının əvvəllərində Fuad Elnur Hümmətovun əkilmiş narkotik vasitəni oğurlamaq istədiyini və ya bu barədə polisə məlumat verəcəyini deyib: "Fuad Elnurun bu hərəkətinin qarşısını almaq lazım gəldiyini, buna görə də Elnuru öldürməyi təklif etdi. Mən və Elmir Fuadın bu təklifinə qarşı çıxdıq. Elnuru öldürmək deyil, sadəcə əl-qolunu bağlayaraq hədə-qorxu gəlməyi təklif etdik. Hadisə günü Fuadı saat 10-11 radələrində şəhərdən götürdüm və Cavidin Qala qəsəbəsindəki evinə gətirdim. Evə daxil olan kimi Fuad məni skoç almağa göndərdi. Qala qəsəbəsindəki mağazadan skoç alıb geri qayıtdım. Evə gəldikdə Fuadla Elmirin Elnur Hümmətovu öldürdüklərini, meyitini zibil torbalarına bükdüklərini gördüm. Yapışqanlı lenti onlara verdikdən sonra orada dayana bilmədim, birbaşa evimizə gəldim. Axşam Fuad mənə zəng edərək bağa çağırdı. Gecə bağa gəldikdə artıq meyitin basdırılaraq üstünə beton töküldüyünü gördüm. Fuad yorulduqları üçün meyitin basdırıldığı yerdə qalaqlanmış torpağı bellə ətrafa səpələməyi mənə tapşırdı. Mən də qalaqlanmış torpağı həyətə yaydım. Fuad mənə dedi ki, hadisəni kiməsə danışsam, sonum belə olacaq. Mən də qorxudan heç kimə bu barədə deməmişəm".

Abbas Hümmətov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib: "Qətlin baş verməsini görməsəm də, meyiti gördüm. Öldürülən qohumum idi. Meyitini ortalıqda görəndə özümü pis hiss elədim. Əmim nəvəsini nəyə öldürdüklərini söylədim. Ölən də qohum idi, öldürən də. Çıxılmaz vəziyyətdə qaldım. Buna görə də qətl hadisəsi barədə heç kimə heç nə demədim".

Abbas Hüseynovdan sonra təqsirləndirilən şəxslərdən Ramin Əsirov ifadə verib. O, narkotik vasitələrin əkilməsindən, həmin narkotik vasitələr əkilən evdə mərhum Elnurla birlikdə mühafizəçi qalmaqlarından danışıb. O da istintaqa verdiyi ifadəni təsdiqləməyib.

Növbəti proses iyulun 6-da davam edəcək.

Qeyd edək ki, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.

Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmətovun idarə etdiyi "VAZ-210" markalı avtomobillə Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər.

Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlaylıblar.

Mayın 21-də onlar Elnur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətirib orada saxlayıblar. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər.

Onlar Elnur Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq meyitini orada basdırıblar. Quyunun üstü açılmasını deyə ora beton da töküblər.

Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.

Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub.

Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.

///lent.az

Xəbərlər     Baxılıb: 1840   Tarix: 29 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

turlar.az

kosmetoloq hamiləlik yay kolleksiyasi cemli piroq resept byanka kosmetoloqiya kosmetika novruz bayramina aid hakisdalar novruz bayramı novruza aid hakışda veten haqqinda atalar sozleri bayatı