Bağırsaq niyə TƏNBƏLLƏŞİR? 5 ən yayılmış səbəb
"Tənbəl bağırsaq" sindromu termini həzm proseslərinin və bağırsağın boşalmasının ləngiməsi deməkdir.
Mütəxəssislərin müşahidələrinə görə, müasir insanların əhəmiyyətli hissəsi bu sindromdan əziyyət çəkir.
Bu pozulması olan insanlarda qəbizlik, defekasiya zamanı nəcisin az olması, qarında daim köp, ağırlıq və ağrılar, ürəkbulanması kimi simptomlar meydana çıxır.
Tənbəl bağırsaq sindromundan əziyyət çəkənlərdə tez-tez babasil, ana çatı kimi fəsadlar inkişaf edir.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, mütəxəssislər tənbəl bağırsağın əsas səbəblərini sadalayıb:
1. Bağırsaqlarda bitişmələr, şişlər.
2. Qəbizlik əleyhinə dərmanların müntəzəm olaraq istifadəsi. Belə dərmanları yalnız nadir hallarda istifadə etmək olar. Qəbizlik əleyhinə dərmanlardan sui-istifadə asılılıq yaradır ki, insan onlarsız defekasiya edə bilmir.
3. Az su içmək. Suyun normal miqdarda qəbulu bağırsağın normal fəaliyyətinin əsas şərtidir. Gün ərzində 1 l təmiz, qazsız və mümkün qədər qaynadılmamış (yəni filtrdən keçirilmiş, təmizlənmiş) su içilməlidir.
4. Qidalanmada qidalı liflərin az olması. Qidalı liflər bağırsaqların "süpürgə"sidir. Meyvə, tərəvəz, göyərti, paxlalılar yeməyən və ya az yeyən insanın bağırsağı tənbəlləşməyə meyllidir.
5. Qalxanvari vəzi xəstəliyi hipotireoz. Bu xəstəlik zamanı orqanizmdə gedən bütün proseslər və o cümlədən həzm prosesləri ləngiyir, xroniki, çətin müalicə olunan qəbizlik inkişaf edir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi