Bağırsaq xorası xəstəliyindən müalicə mümkündürmü?

Bağırsaq xorası xəstəliyindən müalicə mümkündürmü?Onikibarmaq bağırsağın xora xəstəliyindən xilas olmaq mümkündür
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov Xora xəstəliyi, əlamətləri, xəstəliyin fəsadları və müalicəsi haqqında danışıb:
"Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora çüxurunun olması ilə səciyyələnən xroniki xəstəlikdir. Həzm sistemi xəstəlikləri arasında geniş yayılıb. Mədə xorasına 50-60, onikibarmaq xorası isə 30-40 yaşlarında daha çox təsadüf edilir.
Xora xəstəliyinin meydana çıxması çoxsaylı amillərin təsiri nəticəsində baş verir. Bunlara mədənin turşu-şirə ifrazının, yığılma-boşalma qabiliyyətinin, qan təchizatının, selikli qişanın trofıkasının sinir-humoral tənziminin pozulması və s. amillər aiddir. Xoranın birbaşa əmələ gəlməsi isə mədəyə təsir edən "aqressiv" faktortlarla "müdafiə" amilləri arasında tarazlığın pozulması nəticəsində meydana çıxır. Qeyd etdiyimiz pozğunluqlar nəticəsində toxumalarda qan dövranı pozulur, selikli qişanın turş mədə şirəsinin təsirinə qarşı müqavimət qabiliyyəti aşağı düşür, müəyyən nahiyyədə selikli qişa əriyir və yerində xora əmələ gəlir. "Helicobacter pylori" adlanan bakteriya xoranın əmələ gəlməsində mühüm rol oynayır. Bu bakteriya insanların 50-80%-də var. Lakin, mədəsində bu mikrob yaşayan insanların heç də hamısında xora əmələ gəlmir. Burada həm genetik, həm də qidalanma tərzinin xüsusiyyətləri, stress amili, siqaret və alkoqol qəbulu kimi zərərli vərdişlər, bəzi dərman preparatlarının istifadəsi və s. rol oynadığı bildirilir.
Xəstəlik gedişinə görə qastriti xatırladır, əsas əlaməti ağrılardır. Ağrı tutmaları ildə bir neçə dəfə, çox vaxt yaz və payızda baş verir. Orta hesabla bir aya qədər davam edir. Müalicə olunmadıqda, ağrılar daimi xarakter ala bilər. Xora xəstəliyinin əlamətləri xoranın yerləşmə yerindən, ölçüsündən və ağırlaşmasından asılıdır. Xəstəlik zamanı mədə nahiyyəsində xarakterik ağrılar baş verir və bu ağrılar kürəyə, belə vurur. Ağrıların əmələ gəlməsinin qida qəbulu arasında birbaşa əlaqəsi var. Ağrılar erkən, gec və "acqarına" növlərinə bölünür. Erkən ağrılar qida qəbulundan 1 saat sonra baş verir və mədə möhtəviyyatının həzm traktının növbəti şöbəsinə ötürülməsi xüsusiyyətindən asılı olaraq azalır. Gec ağrılar qida qəbulundan 2 saat sonra, "acqarına" ağrılar isə qida qəbulundan xeyli gec vaxtda (6-7 saat) baş verir və adətən qida qəbulundan sonra keçir. Erkən ağrılar daha çox mədə xorası, gecə ağrıları isə onikibarmaq bağırsaq xoraları üçün xarakterikdir. Xora xəstəliyi zamanı ağrılardan əlavə qıcqırma, mədə bulanması, gəyirmə, qusma və qəbizlikdə müşahidə edilə bilir.
Son onilliklər ərzində mikrob amilinin ("Helicobacter pylori") təsirindən xora xəstəliyinin əmələ gəlməsinin birbaşa sübutu yoxdur. Aparılan "ikili", "üçlü", bəzən də "dördlü" terapiya nəticəsində 70-75% hallarda sağalma baş verir. Lakin konservativ müalicənin uğurlu nəticələrinə baxmayaraq, xəstələrin 10-15%-də dayanıqlı remisiya almaq mümkün olmur. Hətta stasionar şəraitdə aparılan 3-4 dəfəlik konservativ xora əleyhinə müalicə nəticəsində dayanıqlı remisiyaya nail olmaq mümkün deyil. Bu halda isə cərrahi müalicə qaçılmaz olur.
Xora xəstəliyinin qanaxma, perforasiya, penetrasiya, stenoz, malginizasiya ilə ağırlaşmaları olduqda, mədə reveksiyası (mədənin xəstə hissəsinin kəsilib götürülməsi) üsulundan geniş istifadə edilir.
Bilmək lazımdır ki, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyindən xilas olmaq mümkündür. Bunun üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır".
Milli.Az

Xəbərlər     Baxılıb: 1807   Tarix: 21 iyul 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

gelinlikler geymler 2026 geyim seçimi badımcan yeməyi parket döşəmələr sidik yolu infeksiyasi sabir haciyev kosmetika qaynana novruz bayramına aid kahfe falı ana haqqinda bayati zehmet ve zinet