Bahar yorğunluğunun səbəbləri: bütün gün yuxusu gələnlər oxusun!

Bahar yorğunluğunun səbəbləri: bütün gün yuxusu gələnlər oxusun!Bahar fəsli təbiətin oyanışı ilə əlaqədar insanın özünü daha yaxşı hiss etdiyi bir dövr hesab edilsə də bu aylarda halsızlıq və yorğunluq daha çox müşahidə olunur. Bu zaman metabolizm və hormonlarda dəyişiklik baş verir. Bu dəyişiklik adətən halsızlıq, yorğunluq, əzələ ağrıları ilə müşahidə olunur. Halsızlıq və yorğunluq təbii olaraq yuxu gətirir. Bəzi vitamin və mineral çatışmazlığı da insanın özünü yorğun hiss etməsinə səbəb olur. Orqanizmi ehtiyacı olduğu vitamin və minerallarla təmin etdikdə insan özünü həm fiziki, həm də ruhən daha yaxşı hiss edir. Yorğunluq hissindən başqa, iştahın azalması, əzələ ağrıları, oynaq ağrıları və qadınlarda menstruasiya nizamsızlığı kimi əlamətlər özünü göstərir. Türkiyəli diyetoloq Oya Yüksək baharı gümrah keçirmək üçün mütəmadi olaraq istifadə etməli olduğumuz qidaların siyahısını açıqlayıb.
Publika.az-ın sağlamlıq bölməsi baharı enerjili keçirməyə kömək edən 10 qidanın siyahısını təqdim edir.
Türkiyəli mütəxəssis bahar aylarında müşahidə olunan halsızlığı meteoroloji təsirlə izah edib. Onun fikrincə, fəsil keçidləri əvvəlcə hormonal sistemə təsir edir: "Bədənin yeni ekoloji dəyişikliklərə alışması və hormonal sistemin yenidən tarazlaşması vaxt tələb edir. Bu vəziyyət ətraf mühitə uyğunlaşmağı çətinləşdirir və yorğunluğa səbəb olur. Qış aylarında hərəkətsiz həyat tərzi sayəsində qazandığımız artıq çəki baharda aktiv həyat tərzinə adaptasiya olmaqda çətinlik yaradır. Çirkli hava, havadakı elektrik yükünün artımı və ion dəyişiklikləri də yorğunluğa səbəb olan amillərdəndir".
1.Kivi
Kivi C vitamini baxımından zəngin meyvədir. Səhərlər və ya gün ərzində bir ədəd kivi yemək metabolizmin fəaliyyətini yaxşılaşdırır, yorğunluq hissini aradan qaldırır.
2.Yerkökü
Vitamin və minerallarla zəngin olan bu tərəvəzi "qızıl mədəninə" bənzədirlər. Bu bitki güclü təmizləyici təsirləri ilə qaraciyəri lazımsız maddələrdən təmizləyir. Onun tərkibində olan beta-karotin A vitamininə çevrilir ki, bu da intellektin yaxşılaşmasına, immun sisteminin möhkəmlənməsinə, sümüklərin və dişlərin güclənməsinə, tiroid vəzində ola biləcək problemlərin aradan qalxmasına və boy artımına kömək edir. Həm də zehni fəaliyyəti gücləndirir. Gündə bir ədəd yerkökü yeməklə halsızlıq və yorğunluq problemini tamamilə həll edə bilərsiniz.
3.Armud
Armud bol miqdarda A, K və C vitamini ehtiva edir. Antioksidant təsirə malik olan armud immun sistemini gücləndirib bədənə enerji verir. Bundan əlavə armudun tərkibindəki faydalı maddələr qanda şəkərin miqdarını tənzimləyir. Baharı enerjili keçirmək istəyirsinzisə, gündə bir ədəd armud yeyin.
4.Cəfəri
Cəfərini şüyüd və çuğundur yarpağı ilə birlikdə istifadə etmək immun sistemini gücləndirir. İmmun sisteminin güclü olması bahar yorğunluğundan daha asan xilas olmaq deməkdir. Üstəlik, cəfəri ödəm problemini də effektli şəkildə yox edir. Cəfərinin istər suyunu içə, istərsə də salatlara əlavə edə bilərsiniz.
5.Qoz
Fındıq, badam və qoz kimi çərəzlər E vitamini ilə zəngindir. E vitamini bədən funksiyaları üçün mühüm rol oynayan maddədir. Qozun tərkibindəki E vitamini orqanizmdə sərbəst radikalların təsirini azaldır. İmmun sistemini gücləndirib yorğunluğu aradan qaldıran bu vitamin saç və dəri baxımı üçün də ən effektli vasitədir. Hər gün 2 ədəd qoz, yaxud 5-6 ədəd fındıq yeyin.
6.Qatıq
Qatıq bağırsaqların fəaliyyətini yaxşılaşdırır, immun sistemini gücləndirir və toxluq hiss verir. Toxluq hissi verən qatıq qanda şəkərin miqdarını da nizamlayır. Beləliklə, gün ərzində gümrah və enerjili oluruq. Gün ərzində 1-2 kasa qatıq yeyin.
7.Qırmızı ət
Dəmir çatışmazlığı qan azlığına səbəb olur. Qan azlığı isə hamıya məlum olduğu kimi halsızlıq və yorğunluq şikayətlərini artırır. Yaz aylarını gümrah keçirmək istəyirsinizsə, həftədə 3 dəfə ət yeməklərinə yer verin.
8.Yulaf əzməsi
Yulaf əzməsi toksinləri və zərərli maddələri orqanizmdən xaric edən faydalı bitkidir. Yulaf əzməsini həftədə 3-4 dəfə səhərlər və günorta saatlarında südə və ya qatığa qarışdırıb yeyin.
9.İspanaq
İspanaq tərkibindəki dəmir duzları və B qrupu vitaminləri sayəsində qan azlığını aradan qaldırır, həmçinin dəri altına piy toplanmasının və sellülitin qarşını alır. İspanaq bağırsağın normal fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır, karbohidrat mübadiləsini tənzimləyir, qlükozanın toxumalara keçməsini asanlaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır. Bütün bunlar sayəsində bədən müqaviməti artır. İspanaq həftədə ən az 3 dəfə az bişirilmiş şəkildə yeyilməlidir.
10.Yaşıl çay
Şərqdə yaşıl çay min bir dərdin dərmanı sayılır. İnsan ömrünü uzatdığı deyilən yaşıl çay güclü antioksidant xüsusiyyətlərinə malikdir. Yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir, dolayısı ilə yorğunluğu aradan qalxır.

Xəbərlər     Baxılıb: 1648   Tarix: 26 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

turlar.az

kosmetoloq reseptler qadin dunyasi bədənə qulluq bulka reseptləri tehsile aid atalar sözləri hamiləlikdə kosmetika xocali ikizler uşaq şeirləri sağlıq rus dilini öyrənək