Bakı metrosunda həyəcanlı anlar – AÇIQLAMA
Bu səhər metronun "Həzi Aslanov" stansiyasından "İçəri Şəhər" istiqamətində hərəkət edən qatarda yaşanan həyəcanlı anların səbəbi məlum oldu.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev oxu.az-a açıqlamasında qatarda heç bir texniki problemin olmadığını bildirib:
"Deməli, "Həzi Aslanov" – "İçərişəhər" istiqamətində 3 saylı marşrut üzrə hərəkət edən qatar Nərimanov stansiyasında müəyyən olunmuş yerdə saxlamayıb. Yəni qatarın birinci vaqonunun iki qapısı müəyyən olunmuş yeri keçib. Belə olan halda qəti təlimat var ki, qatarın qapıları açılmamalıdır. Ona görə də qatar "Gənclik" staniyasına gedib və sərnişinlər orada qatarı tərk ediblər.
Qatarın hansı səbəbdən müəyyən olunmuş yerdə saxlamaması isə araşdırılır".
09:28
Bu gün metronun "Həzi Aslanov" stansiyasından "İçəri Şəhər" istiqamətində hərəkət edən qatarda həyəcanlı anlar yaşanıb.
BiG.AZ-ın milli.az-a istinadən verdiyi xəbərə görə, səhər saat 08:45 radələrində metronun "Nərimanov" stansiyasına daxil olan qatar iki dəqiqədən çox platformada qalmasına baxmayaraq, qapılar açılmayıb.
Bütün vaqonların sərnişinlə dolu olduğu qatar gəldiyi kimi də "Gənclik" stansiyasına yol alıb.
Sərnişinlər arasında təşvişə səbəb olan hadisənin texniki nasazlıqdan baş verdiyi ehtimal edilir.









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin