Bakı Şəhər İcra Hakimiyyəti də XƏBƏRDARLIQ etdi - Təhlükəli ola bilər
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib.
Xanim.az milli.az-a istinadən xəbər verir ki, BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, güclü küləklə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qərargah yaradılıb. Qərargah yanvarın 17-də və 18-də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
O.Məmmədov qeyd edib ki, yanvarın 17 və 18-də güclü külək müşahidə olunacağından vətəndaşların, eləcə də sürücülərin diqqətli olmaları tövsiyə edilir. Belə ki, bir çox hallarda sürücülər avtomobilləri məhz ağacların altında saxlayırlar ki, bu da küləkli havada çox təhlükəlidir:
"Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən ehtiyatlı olmaları xahiş olunur, küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçməmələri tövsiyə olunur".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir