Bakıda 20 yaşlı qızın ölümünə səbəb olan sürücü: "O qədər sərxoş idim ki..."

Bakıda 20 yaşlı qızın ölümünə səbəb olan sürücü: "O qədər sərxoş idim ki..."Bakıda sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə 20 yaşlı qızı vuraraq öldürən şəxsin məhkəməsi başlayıb. Hakim qarşısına çıxarılan 38 yaşlı şəxs əməlindən peşman olduğunu və sərxoş olduğu üçün sükan arxasında yatdığını etiraf edib.

Xanim.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Qaybalıyev Tahir Bilal oğlunun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Tahir Qaybalıyev ötən il oktyabr ayının 2-də Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədib.

Gəncə prospektindən üzü Ukrayna dairəsinə doğru hərəkət edən Tahir Qaybalıyev idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçmək istəyən piyada 20 yaşlı Səriyyə Əliyevanı vurub. Araşdırma zamanı məlum olub ki, T.Qaybalıyev qəzanı törədən zaman sərxoş olub.

İttihamda yazılır ki, qəzanı törədən T.Qaybalıyev hadisə yerindən qaçıb. Daha sonra Qaybalıyevi polis əməkdaşları saxlayıb. Bildirək ki, qəza zamanı ağır xəsarət alan Səriyyə Əliyeva 4 gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Məhkəmədə sərbəst ifadə verən Qaybalıyev törətdiyi əməli etiraf edib və özünə heç bur halda haqq qazandıra bilməyəcəyini söyləyib: "Nə deyə bilərəm? Bir hadisədir olub. Səhvimi başa düşürəm. Nə desəm, nə danışsam mənasızdır. Amma bircə məsələni qeyd edim ki, hadisə yerindən qaçmaq məsələsini başa düşə bilmirəm. Çünki mən o qədər sərxoş idim ki, adam vurduğumu bilməmişəm. Sadəcə səs eşitdiyimi xatırlayıram".

Məhkəmədə məlum olub ki, Qaybalıyev qəzanı törədəndən 25 dəqiqə sonra Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılıb.

Hakim Rahib Salmanov təqsirləndirilən şəxsə sual verərək hadisədən nə qədər əvvəl içki qəbul etdiyini soruşub. Qaybalıyev isə deyib ki, dostları ilə bir neçə saat yeyib-içiblər. Nə qədər içdiyini xatırlamadığını deyən Qaybalıyev maşınına necə mindiyini də xatırlamadığını söyləyib.

Hakim növbəti sualında Qaybalıyevdən niyə bu halda sükan arxasına keçdiyini və dostlarının niyə buna icazə verdiyini soruşub.

Qaybalıyev cavabında deyib: "Cənab hakim, mən günahkaram, düzdür. Amma inanın necə maşına mindiyimi bilmirəm. Amma sükan arxasında yatmışam. Bunu xatırlayıram. O qədər içmişdim ki, yuxu məni tutub. Səs eşidib oyandım. Sonra da yola davam elədim. Ayıq sürücü çağırmağı o an düşünəcək halda deyildim. Dostlarımın da məni bu halda buraxmasına gəlincə, onlar da elə mən halda olublar. Yoxsa mən indi burada olmazdım".

Daha sonra məhkəmədə mərhumun hüquqi varisi kimi tanınan anası Şəhla Ağahüseynova ifadə verib. Göz yaşlarını saxlaya bilməyən ana deyib ki, qızının ölümünə səbəb olan şəxsə ən ağır cəza verilməsini istəyir. Özünü narahat hiss etdiyi və ağladığı üçün ifadə verməkdə çətinlik çəkən Ş.Ağahüseynovadan istintaqa verdiyi ifadəsini təsdiq edib-etmədiyi soruşulub.

İfadəsini təsdiq edən Ş.Ağahüseynova qısa çıxışında deyib: "Heç olmasa maşını saxlayardı. Bu qədər insafsızlıq olar? Ətrafda olanlar xəstəxanaya çatdırıb. Gül kimi balamı 20 yaşında məndən aldı".

Qeyd edək ki, qəzanı törədən 39 yaşlı Qaybalıyev subaydır və bu, onun ilk məhkumluğudur.

Növbəti məhkəmə prosesi mayın 1-nə təyin edilib.

Bildirək ki, qəzanı törədən Tahir Qaybalıyev Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozama) və 264-cü (yol-nəqliyyat hadisəsi zamanı yerindən qaçma) maddələri ilə təqsirli bilinir.(musavat.com)

Xəbərlər     Baxılıb: 1606   Tarix: 23 aprel 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Bir məşq səkkiz xroniki xəstəlik riskini azaldır

Tədqiqatçılar Böyük Britaniya Biobank məlumatlarından istifadə edərək təxminən 470 min insanın hərəkətlərini 9 il boyunca izləyiblər. Nəticələr göstərib ki, ümumi fiziki fəallığının cəmi 4 faizini yüksək intensivlikli məşqlər

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

turlar.az

aksessuarlar geyim şəkilləri yay kolleksiyasi hepatitlər xinayaxdi haxista oxatan burcu asan ariqlamagin yollari kosmetika mikayıl abdullayev maraqli hakistalar novruz bayrami uşaq nece olur oyunlar