Bakıda 4 yaşlı uşağı döyən tərbiyəçi İŞDƏN QOVULDU

Bakıda 4 yaşlı uşağı döyən tərbiyəçi İŞDƏN QOVULDUBakının Nəsimi rayonunda yerləşən "Qərənfil" uşaq bağçasında 2015-ci ildə 4 yaşlı Nəzirli Dilbər Əli qızını döyən tərbiyəçi Tacirli Sevinc Vaqif qızı işdən çıxarılıb.

Xeyli vaxtdır barəsində polis və məhkəmə orqanlarında araşdırma aparılan tərbiyəçi bağça rəhbərliyinin qərarı ilə işdən kənarlaşdırılıb. Sevinc Tacirli işdən çıxarılmasını qanunsuz sayaraq Nəsimi rayon Məhkəməsinə müraciət edib. Onun iddiası təmin edilmədiyindən tərbiyəçi bu dəfə Bakı Apelyasiya Məhkəməsinə üz tutub. O, işə bərpa edilməsini və ödənilməmiş əmək haqqının verilməsini tələb edib. İşə hakim Elnur Həsənovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Cəfərova Nigar İlham qızı "Qərənfil" uşaq bağçasında tərbiyəçisinin 2011-ci il təvəllüdlü Nəzirli Dilbər Əli qızına 2015-ci ilin yanvar ayında bir neçə dəfə və mart ayının 12-də mütəmadi olaraq güclü fiziki ağrı və ya psixi iztirablar verdiyini bildirib: "Qızıma qeydiyyatda olduğu 12 nömrəli uşaq poliklinikasının cərrahı "Qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi" diaqnozunu qoyub. Bu isə o deməkdir ki, qızım Dilbərə vurulmalı olan peyvəndləri vurmaq qadağandır və digər uşaqlardan fərqli olaraq müxtəlif xəstəliklərə düçar olma riski artıqdır".

Məsələ ilə bağlı polisə müraciət edilsə də, Nəsimi rayon Polis İdarəsi hadisədə cinayət əməlinin olmadığını bildirərək cinayət işinin açılmasına rədd edib. Həmin vaxt iş İnzibati Xətalar Məcəlləsisnin 157-ci maddəsinə əsasən məhkəməyə göndərilib.

mənbə: news24.az

Xəbərlər     Baxılıb: 1883   Tarix: 29 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

turlar.az

kosmetoloq yay geyimləri 2026 gozel gorunmek hamiləlik və analıq sirin gilas bilik haqqinda atalar sözləri ziyafət geyimləri 2026 kosmetika novruz hakisdalari saglam qidalanma 8 mart efsaneler bürcler