"Bakıda Ermənistandan gətirilən vərəmli ətlər satılır" iddiasına RƏSMİ CAVAB

"Bakıda Ermənistandan gətirilən vərəmli ətlər satılır" iddiasına RƏSMİ CAVABKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) guya Gürcüstan vasitəsilə Ermənistan mənşəli vərəm xəstəliyinə yoluxmuş diri heyvan və heyvan ətlərinin Azərbaycana idxal edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Dövlət Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin BAKU.WS-ə verdiyi məlumata görə, bu məlumatların heç bir əsası yoxdur və Ermənistandan heç bir heyvan və heyvan mənşəli məhsullar ölkəmizə idxal edilməyib:

"Gürcüstan və digər ölkələrdən Azərbaycana gətirilən heyvan və heyvan mənşəli məhsullara həmin ölkələrin baytarlıq xidmətləri tərəfindən sağlamlığına dair baytarlıq sertifikatı və digər müvafiq sənədləri təqdim edildikdən sonra onların idxalına icazə verilir. Respublikaya idxalına icazə verilmiş heyvandarlıq məhsulları müvafiq laboratoriya müayinələrindən keçirildikdən sonra istifadəsinə icazə verilir. Bu müddət ərzində laboratoriyada müvafiq analizləri aparılan idxal edilən məhsullarda vərəm və digər infeksion xəstəliklərin törədiciləri aşkar edilməyib".

DBNX bu məlumatların həqiqəti əks etdirmədiyini, heç bir fakta əsaslanmadığını və şayiə xarakterli olduğunu bildirir. Dövlət Xidməti bəyan edir ki, respublikaya idxal olunan bütün heyvan və heyvan mənşəli məhsullara nəzarət olunur və ölkədə epizootik vəziyyət sabitdir.

Xəbərlər     Baxılıb: 1661   Tarix: 19 mart 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

turlar.az

aksessuarlar kosmetik vasiteler qis geyimləri 2026 hakista xina noxud sorbasi sözlü şəkillər burcler kisiler kosmetika kökəlmək üçün seksi vicdan novruza aid hakisda balıq