Bakıda kişinin biqeyrətsizliyi: Öz arvadını fahişə adı ilə müdirə satdı
Oğurluqda təqsirləndirilən Emin Mehdiyev və Namiq Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən hər iki şəxs 3 il müddətə azadlıqdan məhrum edilib. Hakim bildirib ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişə dəyən ziyan tam şəkildə ödənilib.
Xatırladaq ki, prokuror təqsirləndirilən şəxslərin hər birinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, bu il yanvarın 26-da Bakının Binəqədi rayonunda yerləşən mənzil sahibi Ramazan Əsgərov polisə müraciət edərək evində usta kimi işləyən Emin Mehdiyev və onun tanışı Namiq Məsimov tərəfindən 12 min manat pulunun oğurlandığını bildirib. İstintaq sənədlərində var ki, Ramazan Əsgərov evində usta işləyən Emin Mehdiyevə gecəni bir yerdə keçirəcək xanım tapmasını xahiş edib. Emin Mehdiyev də mənzildə külli miqdarda pul olmasından xəbərdar olub. Bu zaman usta tanışı, Namiq Məsimova xəbər verib. Namiq Məsimov da öz həyat yoldaşını Ramazan Əsgərovun evinə gətirib. Ramazan Əsgərov qadınla olan zaman iki tanış evdən 12 min manatı oğurlayıblar. Məhkəmə dövründə isə onlar bunu təsdiq etməyib. Bildiriblər ki, Ramazan Əsgərova yemək bişirmək üçün qadın lazım olduğu üçün Namiq Məsimov öz həyat yoldaşını həmin mənzilə gətirib.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin