Bakıda "Morq"a gətirilən 71 körpənin meyiti - TÜKÜRPƏDİCİ FAKT

Bakıda "Morq"a gətirilən 71 körpənin meyiti - TÜKÜRPƏDİCİ FAKTSəhiyyə Nazirliyinin keçən il Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə 3 237 meyit gətirilib.
Xanim.az xəbər verir ki, bunu birliyin direktoru Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, onlar arasında xəstəlikdən ölənlər 913 nəfər, zorakılıqla öldürülənlər 2 227 nəfər təşkil edib: "97 nəfərdə isə ölümün səbəbləri təyin edilməyib. Buna səbəb ya meyitin bədənində çürümə dəyişikliyi olması, ya da tamamilə yanaraq kömürləşməsi olub. Çünki meyit çürüyəndə ölümün səbəbini təyin edə bilmirik".

Zorakılıqla baş verən ölümlərin içərisində bədbəxt hadisələrin çoxluq təşkil etdiyini deyən Ə.Həsənov bildirib ki, belə ölümlərin sayı 1 494 olub: "Bura suda boğulma, yol-nəqliyyat hadisələri, yanıq və s. hallar aiddir".
O, həmçinin qeyd edib ki, meyitlər arasında sahibsiz olarları da olur: "Sahibsiz meyitlər olduğu halda əgər yaxınlarından kimsə çıxmasa, Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılır və meyitlər götürülüb aparılır. Ölümün səbəbinə görə sahibsiz meyitlərin saxlanma müddəti dəyişir. Belə meyitləri ən çoxu 10 gün saxlayırıq. Uşaqlar adətən xəstəxanalarda yenidoğulmuşlara, ya da ölü doğulanlara aiddir. Onların da çoxunu yiyəsi götürmür. Bunlar da sahibsiz meyitlər sırasına aid edilir".

Birliyin direktoru qeyd edib ki, körpə uşaq meyitlərindən 14 faizi sahibsiz olub: "Bu da sırf yenidoğulmuşlar olub. Ölü doğulmuş, yenidoğulmuş, düşük faktlarının içərisindən 587 meyit olub ki, onlardan 71-i, yəni 14 faizi sahibsiz olub".

"Birliyə intihar halı ilə gələn meyitləri müayinə etdikdən sonra bəzən onun qətlə yetirildiyi faktları da olub. Bu da gətirilən meyitlər arasında 1 və ya 2 nəfəri əhatə etmiş olur. Adətən belə hallar qəfləti ölüm kimi görünərək, xəstəlikdən və ya bədbəxt hadisə zamanı ölmüş kimi bilinir. Lakin meyitin müayinəsindən sonra aydın olur ki, zorakı ölüm halı baş verib" - deyə o, əlavə edib.

"Təcili tibbi yardım işçiləri ölüm faktına səbəb verə bilməzlər" - deyən Ədalət Həsənov vurğulayıb ki, onlar ölən şəxsin öldüyü ilə bağlı qeydlər edə bilər: "Sonradan müstəntiqə onun ölməsi ilə bağlı xəbər verilir. Meyiti hadisə yerindən yalnız ekspertiza əməkdaşları gətirir. Ölümün ilkin ehtimalını bizim ekspertlər deyir. Hərdən ola bilər ki, ekspertlər ilkin ehtimal üçün hansı səbəbdən ölüm halının ola biləcəyini nəzərdə tuturlar. Amma müayinədən sonra əksi də çıxa bilər".

Birlik direktoru meyitin yarılma müddətinin fərqli olduğunu da vurğulayıb: "Meyit var ki yarılması 1-3, 4 saat çəkir. Eləsi də var ki, meyitin yarılması dünəndən başlayıb sonrakı günə qədər davam edir. Məsələn, meyitin bədənində olan gülləni tapmaq olmur, əlavə rentgen gətiririk və stolun üzərində ola-ola onu rentgendən keçiririk və gülləni tapırıq. Bundan sonra da hələ meyitin müayinəsi davam edir. Meyit də olur ki, onun müayinəsi 1 sutka davam edir. Bu da çox nadir hallarda olur. Belə hal ildə təxminən 1-2 dənə olur. Ümumilikdə isə meyiti yarmaq üçün adətən 1-2 saat vaxt lazım olur". report.az

Xəbərlər     Baxılıb: 2445   Tarix: 03 may 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

reseptler maskalar gozel gorunmek ariqlama arıqlama vasitələri köynək modelləri mətbəx qaydaları kosmetika atalar sozu mikayıl abdullayev aysel ana haqqinda bayati xanım az