Bakıda polis hamilə qadını...DƏHŞƏT

Bakıda polis hamilə qadını...DƏHŞƏTAzərbaycanda yol polisi əməkdaşının etdiyi bu hərəkət dillər əzbəri olub. Üstündən 2 il keçsə də, hələ də çoxları bu hadisədən ağızdolusu danışır.

Təxminən 2 il bundan öncə Bakı-Şamaxı yolunda baş vermiş hadisənin qəhrəmanlarının hər ikisinin adı Mərdandır. Balaca Mərdanın indi 2 yaşı var. Böyük Mərdan isə Şamaxı-İsmayıllı trasının komandiridir.

Dövlət Yol Polisinin zabiti olan Mərdan Mehdiyevlə söhbət edərək hadisənin bütün detallarını öyrənə bildik. Məlum oldu ki, hadisə baş verən gün, daha doğrusu, gecə saat 1 radələrində Mərdan Mehdiyev xidmətdə olub və xidməti avtomobillə hərəkətdə olarkən başqa bir avtomobilin yoldan çıxdığını görüb:

"Maşının yanından keçəndə hiss etdim ki, nəsə problem var. Dönüb geri qayıtdım. Avtomobilə yaxınlaşanda məlum oldu ki, salonda hamilə qadın var və dili qatlanıb. Maşın hərəkətdə olarkən təkərin biri qırılıb və avtomobil bir neçə metr barabanın üstündə hərəkət etdiyi üçün qadın elə bilib ki, ağır qəza baş verdi. Qorxudan "sudurqa" keçirib və dili qatlanıb. Mən ona dərhal kömək etdim, ayıldı və bir az özünə gələn kimi qadını və onun yaxınlarını öz maşınıma mindirib xəstəxənaya apardım. Yolda Şamaxı xəstəxanasının baş həkiminə zəng edib xahiş etdim ki, ağır xəstə var, təcili heyəti hazırlayın, çatıram. Biz xəstəxanaya çatanda artıq həkim qrupu hazır idi, dərhal xəstəni maşınımdan düşürüb xərəkdə içəri apardılar. Ona tibbi yardım göstərəndən sonra vəziyyəti normallaşdı. Həkimlər bildirdilər ki, ana bətnindəki uşağa heç nə olmayıb. Amma doğuşun vaxtına hələ bir neçə gün var.

Qadın orada 4 gün qaldı. Sonra ailəsi çıxarıb Göyçay rayonuna apardı. Üstündən 5-6 gün keçmişdi, mənə məlumat verdilər ki, həmin qadının oğlu olub. Adını da mənim onlara etdiyim köməyə görə Mərdan qoyublar. Buna çox sevindim. Göyçay xəstəxanasına getdim. Nə xərci var idisə hamısını özüm çəkdim. Kasıb bir ailə idi. Aptekdən də borca dərman almışdılar. Onu da ödədim. Uşağın bələyini, beşiyini, paltarlarını, yeməyini və lazım olan digər şeyləri də alıb hədiyyə verdim. Sonra əlaqəmiz olmadı. Təxminən bir ay əvvəl Şamaxı yolu ilə kedərkən yol polisi əməkdaşlarından məni soruşublar. Gedib görüşdüm. Soruşdum ki, vaxtınız varsa, bir yerə gedək. Etiraz etmədilər. Balaca Mərdanın artıq 2 yaşı var. Onları götürüb Şamaxıya apardım. Uşağa biraz alış-veriş etdik, gəzdirdik, sonra da yola saldım getdilər".

Mərdan Mehdiyev deyir ki, o, bütün bunları edərkən heç bir təmənnası olmayıb və bunu həm xidməti, həm də mənəvi borcu kimi qəbul edib. Hətta, həmin ailə bu yaxşılığına görə o vaxt televiziyalara, mətbuata məlumat vermək, yuxarı instansiyalara məktub yazıb onun xeyirxahlığından bəhs etmək istəsələr də, komandir buna ehtiyac görməyib. Lakin biz Avtosfer.az saytı olaraq bu barədə məlumat aldıqdan sonra Mərdan Mehdiyevlə əlaqə saxladıq. O, əvvəlcə bunun yayılmasına etiraz etsə də, güc-bəla ilə danışdıra bildik. Düşündük ki, belə əməlləri ilə başqalarına nümunə olan DYP əməkdaşlarını cəmiyyətə tanıtmaq vacibdir…/avtosfer.az/

Xəbərlər     Baxılıb: 2657   Tarix: 07 noyabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Yod çatışmazlığı təhlükəlidir

Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir.  xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

turlar.az

aksessuarlar gelinlikler geyim və ayaqqabılar aparici serxan keremoglu hamilə qadın faydalı məlumat xiyar tutması kosmetika bayatilar heyati burclerin uyumu baldiza aid qiz evi ucun