Bakıda qazdan boğulan əcnəbilərin cəsədləri hələ Bakıdadır: ailələri imkansızlıqdan ... FOTO

Bakıda qazdan boğulan əcnəbilərin cəsədləri hələ Bakıdadır: ailələri imkansızlıqdan ... FOTOBakıda dəm qazından zəhərlənərək ölən 5 kamerunludan 4-nün cəsədi hələ də ölkələrinə göndərilməyib. Onlardan yalnız birinin valideyni Bakıya gələrək övladının nəşini Kameruna apara bilib.

Qadinsayti.az musavat.com-a istinadən xəbər verir ki, yanvarın 2-də dünyasını dəyişən 5 kamerunludan 4-nün meyiti hazırda Bakıda morqlardan birində saxlanılır. Meyitlərin Bakıda qalma səbəbi isə ailələrin maddi imkansızlığıdır. Ailələr Bakıya gəlmədikləri halda meyitlərin Kameruna göndərilməsi üçün 6500 dollar tələb edilir.

Onlardan yalnız birinin- Njonyoh Nans Ekumun atası Bakıya gəlib və oğlunun nəşini Kameruna apara bilib.

"Digər 4 nəfərin ailəsinin maddi imkanı çox pisdir. Onlar heç Bakıya gəlmək üçün pul da tapa bilmirlər. Onlardan meyitləri Kameruna göndərmək üçün isə 6500 dollar ödəmələrini istəyiblər. Artıq 1 aya yaxındır ki, meyitlər Bakıdadır. Onların ailəsinin bu qədər pulu tapa bilməsi isə inandırıcı deyil",- deyə, mənbə bildirib.

Bildirək ki, Bakının Yasamal rayonunda mənzildə 5 Kamerun vətəndaşının meyiti tapılmışdı.
Hadisə bu il yanvarın 2-də baş vermişdi. Onlardan 4-ü həvəskar futbolçu, biri isə Texniki Universitetin tələbəsi olub.

5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra aşkarlanmışdı. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayon, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb və o, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib. Hadisə yerinə polislər və FHN əməkdaşları gəlib. Qapı qırıldıqdan sonra 5 nəfərin cansız bədəni tapılıb.

Ölənlər Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum və Texniki Universitetin tələbəsi Nzemele Ezzambe olub.

Xəbərlər     Baxılıb: 1562   Tarix: 30 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

turlar.az

aksessuarlar adlarin menasi gozel gorunmek biznes qurmagin yollari hicab baglamaq usullari sineye qulluq kokteyl kosmetika usaq seirleri yuxuda qara ilan gormek sac modelleri maska sağlıq