Bakıda qəbirstanlıqdan tapılan cadu ilə bağlı yeni xəbər (VİDEO)
Yasamal qəbiristanlığında qəribə hadisə baş verib. Anasının məzarını ziyarətə gələn bir şəxs məzarın bir hissəsinin eşildiyini görüb. Və oradan qara bükülü tapıb. Açanda bunun cadu olduğu ortaya çıxıb. Bükülüdə toy şəkli və qəribə yazılar var. Şəkillərin videosunu sosial şəbəkələrdə yayaraq onları tanıyanlara müraciət edib.
Tanımadığı insanların şəklini anasının qəbrinin yanından tapdı.
Qəribə hadisə Bakıda Yasamal qəbristanlığında baş verib. Bu görüntüləri çəkib sosial şəbəkələrdə yayan şəxs anasının qəbir daşının dağıdıldığını görüb. Yaxınlaşanda isə bu qara bükülünü tapıb.
Maraqlıdır ki, bükülünün içindən iki şəkil çıxıb. Biri toy, digəri isə uzun müddət əvvəl çəkilmiş ailə şəkli. Bu şəkilləri kimin, nə məqsədlə qəbrin içinə atdığı məlum deyil. Videonu çəkən şəxs iddia edir ki, bu cadudur. Çünki adətən caduları məhz qəbristanlıqda basdırırlar.
Din xadimləri caduya maraq göstərən və ya inanan insanlara bir daha məsləhət görür ki, belə xurafatlara inanmaqla cadugərlərin biznesini genişləndirməsinlər.
Digər tərəfdən bu hadisə qəbristanlıqların mühafizəsi məsələsini gündəmə gətirir. Kimsə istənilən qəbri qaza, orda nə isə basdıra bilirsə, bəs qəbristanlıqların əməkdaşları hara baxır?
Video görüntülərin çəkildiyi Yasamal qəbristanlığında nə bir işçiyə, nə də mühafizəçiyə rast gəlmədik.
Belə çıxır ki, insanlar ölülərinin qəbirlərini ancaq özləri daim nəzarətdə saxlamalıdır. Çünki qəbirstanlıq əməkdaşlarına arxayın olmaq olmaz.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər
Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir
Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir
Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Rihanna müəlliminə ev aldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?