Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLAR

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLARGülməlidir?...

Təbii ki, sevgilisi olan insanların bu cür ehtiyaclar duymağı normaldır. Onlara metroda buna icazə yoxdur, bunu etsələr belə, kimlərsə videoya çəkəcək və üçüncü dərəcəli media saytlarının gündəminə oturacaqlar, yaxud ictimai yerlərdə asayişin pozulması iddiasıyla polislər ilişə bilərlər, ya da məhəllələrdə "panyatka" söhbətləri var, bir çox yerdə ana-bacı, arvad-uşaq var...
Yəni bu aktın reallaşdırılması, görünən odur ki, hardasa, mümkünsüzdür. Bəs bu insanlar bir-birilərinə sevgilərini necə ifadə etsinlər?

Bunu böyük bir problem hesab etmirik, amma sevgili olanları da başa düşürük.

BiG.AZ kenquru.az-a istinadla öpüşmək üçün Bakıda münasib yerləri təqdim edir:

Qırmızıya alınmış yaşıllıq ərazi. İzmir küçəsini keçəndə Bakıxanov küçəsində yerləşən körpünün sağında təpəlik kimi yer.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLARBu yerdə öpüşmək üçün bir qədər yuxarılara dırmanmalı olacaqsınız, amma problem yoxdur, sevgi hər şeyə qadirdir və sizi hər yerə dırmaşdıra bilər. Yolun qırağıdır deyə bilərsiniz, amma ağaclıqlar var və ayıq-sayıq sevgililər üçün kamuflyaj, maskalanma, gizlənmə elementlərini də bura əlavə etsək, artıq böyük bir problem yaratmaz. İkinci bir tərəfdən çəki baxımından hər hansı bir qanun keşiçsinin ora dırmaşması orta hesabla 1 dəqiqə 23 saniyə çəkir. Bu vaxt oradan buxarlanmağınız üçün sizə kifayətdir. Onu da qeyd edək ki, təpəliyin qarşı tərəfi birbaşa avtobus dayanacağına uzanır.

Koordinatlar: 40.386657, 49.827102
Real öpüşmə saatları: 17:00-18:00, 21:00 - 04:00.

Qeyd: Verilən koordinatları copy+paste edib Google Maps-də həmin yeri asanlıqla tapa bilərsiniz.

İnşaatçılarda Məhsul Stadionundakı ümumi tualetin yanında bisetka.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLARBu stadionun mitinqlərdə şəkil çəkdirib xaricdə ev almaq kimi avantajları da var. Amma Bakı uşaqları üçün ən böyük avantaj axşam saatlarında yaşana biləcək ən maraqlı sevgi hekayələrinin yeri olmağıdır. Belə ki, orada axşam joggingi edən kök xalalar sizə heç gözünün ucu ilə də baxmayacaq. Onlar bir şeyə fokuslanıb: arıqlamaq, arıqlamaq, arıqlamaq!

Koordinatlar: 40.389982, 49.805315
Real öpüşmə saatları: 18:00 - 05:00

28 May-dan Türkiyə Səfirliyi istiqamətində uzanan Rəşid Behbudov küçəsinin sağındakı park.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLARBura, ümumiyyətlə, tərk edilmiş, hətta Allah babanın unutduğu bir parkdır. Ara-sıra orda-burda oturan sevgililər görə bilərsiniz, amma hətta onlar da bu parkı unudublar. Siz də ora gedin, siz də orada ola-ola o parkı unudun, bu dünyanı unudun!

Koordinatlar: 40.387379, 49.840543
Real öpüşmə saatları: 07:00 - 09:00 (səhər ağzından iyi gəlməyən sevgililər üçün) və 19:00 - 04:00

"Nərimanov" metro stansiyasının yaxınlığındakı Bakımartın yerləşdiyi küçədəki park.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLARBu parkda, demək olar ki, ancaq pişiklər olur. Onlar da sevişməklə məşğuldurlar. Gedib, məmnuniyyətlə, onların ittifaqına qoşula bilərsiniz.
Koordinatlar: 40.398975, 49.870148
Real öpüşmə saatları: 11:00-12:00, 21:00 - 04:00

"Dərnəgül" metrosu yaxınlığındakı dəmiryolunun kənarı.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLARBura ara-sıra içib özünü itirən adamların səhvən gedib çıxdığı yerlərdəndir. Ərazidə dəmir yolu var və seyrək ağaclıqlar da mövcuddur. Bir az hündürlükdə yerləşir, amma çox deyil. Oturmağa, gəlib-gedən qatarlara, bir də zavodun uzaq ətraflarında işləyən narıncı paltarlı portağal ləkələrinə bənzər fəhlələrə tamaşa etməyə və ən əsası öpüşməyə uyğun yerdir.

Koordinatlar: 40.426332, 49.863350
Real öpüşmə saatları: İstlənilən zaman

Yeni Yasamalda Məhəmməd Xiyabani küçəsi, İpək Yolunun yaxınlığındakı park.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLARBu park, əsasən, axşamlar kimsəsizləşir. Yaxınlıqdakı kafedən şakkaşak domino çırpan və pivə içib yüksək frekanslı qəh-qəhələr atan dayıların səsləri fonunda maraqlı öpüş atmosferi yaşaya bilərsiniz.

Koordinatlar: 40.394420, 49.789067
Real öpüşmə saatları: 19:00 - 04:00

Elmlər Akademiyasının Landau küçəsinə baxan həyəti.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLARBura da maraqlı yerdir. Sıxıcı və köhnə, kağız qoxulu kabinetlərdə oturub aylıq maaşlarını gözləyən yaşlı alimlərin milli dəyərlər barədə düşüncələrinin elektrik enerjisi şəkilində ətrafı neqativləşdirdiyi həmin radiusda xoşbəxtlik hormonları saça bilərsiniz. İşdir, gəlib görsələr, elmi izahlar verməyə çalışın, məsələn, iki nəfər öpüşdüyü zaman orta hesabla 8 milyon bakteriya transferi gedir, bla, bla bla... Bu, sizin haqqınızdır!

Koordinatlar: 40.372684, 49.814032
Real öpüşmə saatları: 14:00 - 18:00 (hamının dərsdə olduğu vaxt), 21:00 - 04:00

Azneft Meydanı yaxınlığındakı İnturist Hotelinin arxasındakı təpəlik.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLARBura mənzərəli yerdir. Buradan öpüşdükdən sonra maraqlı selfie də edib anı əbədiləşdirə bilərsiniz. Amma burada deyək ki, bir qədər ayıq-sayıq olun, ara-sıra maşınlar keçir.

Koordinatlar: 40.353909, 49.832113
Real öpüşmə vaxtları: Hər zaman

Ya da, ümumiyyətlə, şəhərin içində olmaq sizi sıxırsa: Xocasən Gölünün Qırağı

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLARBura isə bəşəriyyətlə əlaqəsini kəsmiş ölü ərazidir. Dünyayla əlaqənizi kəsib özünüzü Mars planetinin düzənliklərində hiss etmək üçün deyək ki, bu yer Yeni Yasamalın yaxınlığında yerləşir.

Koordinatlar: 40.400573, 49.782176
Real öpüşmə vaxtları: Hər zaman

Xəbərlər     Baxılıb: 4664   Tarix: 21 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

toy gecesi yay kolleksiyasi geyim dəbləri dirnaqlara qulluq maskalari süfrə bəzədilməsi uşaqlar və tərbiyə çolkalı saç modelleri kosmetika porno uzeyir hacibeyli gozellik bakire novruz bayrami