Bakıda ŞOK OLAY! Qadın ərini bıçaqladı, sonra isə...
Bilgəh qəsəbəsində Elşən Salayevi öz həyat yoldaşı mətbəx bıçağı ilə yaralayıb.
SalamNews-un əldə etdiyi məlumata görə, hadisə ötən gün səhər saat 10 radələrində Zərifə Əliyeva küçəsindəki həyət evində qeydə alınıb.
Mübahisə ailədə maddi problemlərin çox olması ilə əlaqədar yaranıb və bu zaman qadın bıçağa əl ataraq həyat yoldaşının qoluna bir neçə zərbə endirib. Təcili yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan 41 yaşlı kişiyə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb. İşi araşdıran təhqiqatçı Əlisahib Əliyevin sözlərinə görə, Salayevlər ailəsi sakit ailə kimi xarakterizə olunur və azyaşlı övladları da var. Artıq həm zərərçəkmişin, həm də təqsirləndirilən şəxsin ilkin izahatları alınıb. Təyin olunacaq məhkəmə tibbi ekspertizasının rəyindən sonra fakta hüquqi qiymət veriləcək.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
5 ədəd badam yeyib idman et, gör NƏ OLUR
"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız
Kainat gözəli' qayınanası tərəfindən öldürüldü
Bu dərmanlar qarın ağrısı yarada bilərlər
Kəpəyi yox edən təbii üsullar