Bakıda şok olay! Yol vermədiyinə görə, avtobus sürücüsünü döydülər - VİDEO

Bakıda şok olay! Yol vermədiyinə görə, avtobus sürücüsünü döydülər - VİDEOBakıda minik avtomobilinin sürücüsü və onun yanındakı sərnişin yol verməmək üstündə avtobus sürücüsünü döyüb. Hadisə dekabrın 26-da, saat 12.40 radələrində Yasamal rayonu ərazisində baş verib.
Döyülən avtobus sürücüsü "Xaliq Faiqoğlu" MMC-yə məxsus 96 saylı marşrutda çalışır. Belə ki, 96 saylı manşrut üzrə hərəkət edən 10-TG-042 dövlət nömrə nişanlı avtobusun yolunu kəsərək qəza şəraiti yaradan "KİA" markalı, 90-RG-545 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtobusun qarşısına keçərək müxtəlif hərəkətlərlə yolu kəsib və avtobus sürücüsünü qıcıqlandırıb.
Təqdim olunan videodan da göründüyü kimi, avtobus sürücüsü onlara irad bildirdikdə söyüşlə üzləşib və avtobusu saxlayaraq onlarla söhbət etmək üçün yerə düşüb. Bu zaman "KİA"-nın sürücüsü və yanındakı sərnişin avtobus sürücüsünə hücum çəkərək onu döyməyə başlayıblar. Onları sərnişinlər sakitləşdirib. Dava nəticəsində avtobus sürücüsünün alnı partlayıb və qan içində avtobusa qayıdaraq yoluna davam edib.
Şahidlər bildirib ki, həmin avtobus dayanacaqdan tərpənəndən az müddət sonra irəlidə yolun hərəkət hissəsində şəxsi avtomobilini saxlayan tanımadığı şəxs avtobus sürücüsünün avtobusu guya onun avtomobilinə çox yaxın sürdüyünü, az qala onun avtomobilini "sürtdüyünü" əsas gətirərək, avobus sürücüsünü "çoban" və sair ifadələrlə təhqir edib. Bu təhqiri eşidən avtobus sürücüsü avtobusu yolun kənarında saxlayıb məsələyə aydınlıq gətirmək üçün aşağı düşdükdə isə döyülüb.
Artıq "Xaliq Faiqoğlu" MMC-nin rəhbərliyi Daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edərək həmin sürücünün və yanındakı şəxsin tapılıb cəzalandırılmasını xahiş edib.

Mənbə: Avtosfer.az

Xəbərlər     Baxılıb: 1894   Tarix: 28 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bu dezodorant səssizcə sağlamlığı məhv edir

Evimizdə demək olar ki, hər kəsin istifadə etdiyi bu dezodorant sağlamlıq üçün gizli təhlükə daşıyır. -ın xəbərinə görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, gigiyena vasitələrinin tərkibindəki bir ümumi maddə ciddi narahatlı

.

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanla

.

Yayda makiyajın uzun müddət qalması üçün bu sirləri bilməlisiz

akiyajın gün ərzində axmaması və pozulmaması üçün düzgün tətbiq və baxım üsulları çox önəmlidir. Xüsusilə yay aylarında istilik və nəmlik səbəbindən makiyajın qalıcı olması daha da çətinləşir. xəbər verir ki, mütəxəssislə

.

Çəki itkisi deyil, psixoloji çöküş: Anoreksiya nədir?

Türkiyədə sosial media fenomeni Nihan Candanın anoreksiya nevroza (nevrotik anoreksiya) səbəbilə həyatını itirməsi bu xəstəliyi yenidən gündəmə gətirib. . xəbər verir ki, görünüş təzyiqi və psixoloji travmaların səbəb olduğ

.

Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?

Albalı-qırmızı dodaq boyası  dodaqlarda zərif və cazibədar bir vurğudur. -a istinadən xəbər verir ki, istər mat, istər parlaq, istər yetkinləşməmiş albalı, istərsə də çox yetişmiş meyvə tonlarında olsun - bu rəng yay obrazların

.

Plastik cərrahlardan xəbərdarlıq: Bu estetik əməliyyatlardan imtina edin

Aqressiv üz gərmə əməliyyatları ciddi fəsadlara səbəb ola bilər və onlardan birmənalı şəkildə çəkinmək lazımdır. xəbər verir ki, bu barədə plastik cərrahlara istinadən yazıb. Qeyd edilib ki, bir anda 10-15 il cavan görünməy

.

Qarğıdalının hansı faydaları var?

Bir çox insanın sevərək yediyi qidalardan biri də qarğıdalıdır. Yüksək lifli və aşağı kalorili qarğıdalı faydalı antioksidantlarla zəngindir. O, enerji mübadiləsində və digər vacib funksiyalarda əsas rol oynayan B6 və B

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu meyvə şirələrini almayın! – Təhlükə aşkarlandı

Qida təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran hadisə qeydə alınıb. xəbər verir ki, Hollandiyanın tanınmış "Hero" brendinə məxsus bəzi alma şirələrində kofein aşkarlandığına görə, məhsulun satışdan yığışdırılmasın

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az gözəllik məhsulları kosmetoloq toy makiyaji sekilleri aysel əlizadənin toyu gözəllik və makiyaj infeksiya 2025 qis modasi veten baliq burcu qızlıq pərdəsi sirin qogal oglaq