Bakteriya səbəbli polinevritlər

Bakteriya səbəbli polinevritlərPolnevritlər aşağıdakı xəstəliklərin törədiciləri tərəfindən meydana gələ bilir:
* brüsellyoz
* cüzam
* sifilis
* vərəm
* qarın yatalağı
* malyariya
* toksiplazmoz
* qonoreya
* leptospiroz və s.
Xəstələr arasında polinevritin ən çox difteriya növünə rast gəlinir. Bu ən çox yaşlı adamlar arasında baş verir. Bu da onunla izah olunur ki, geniş fəal immunlaşdırma basil daşıyıcılarının sayını kəskin şəkildə azaldır, infeksiyaların təkrar subklinik təzahür imkanları kəskin şəkildə azalır. Bu zaman antitoksin səviyyəsi aşağı düşür və böyüklər difteriyaya qarşı həssas olurlar.
Xəstəliyin törədicisi difteriya toksik infeksiyasıdır. Xəstəliyin erkən simptomlarına bulqar pozulmalar aiddir. Bunlar aşağıdakılardır:
* qida qəbulu zamanı çeçəmək
* qidanın burun yoluna düşməsi
* səsin cingiltisinin dəyişməsi
* damaq pərdəsinin sallanması
* fonasiya zamanı hərəkətliliyin azalması
* damaq və udlaq reflekslərinin zəifləməsi
* səs tellərinin və qırtlaqüstünün parezi.
Xəstələrdə gözün hərəki pozulmaları, göz almalarının hərəkətinin məhdudlaşması, işığa qarşı bəbəyin reflekslərinin zəifləməsi, akkomodasiyanın iflici aşkar edilir.
Sonra 2 həftə ərzində polinevropatiyalar inkişaf etməyə bvaşlayır. Bu zaman hissiyyat pozğunluqları meydana çıxır ki, bu da davamlı və lokallaşmış ağrılarla müşayiət olunur, süst parezlər baş verir.
Müalicə zamanı xəstəyə ilk növbədə difteriya əleyhinə zərdab təyin edilir. Xəstəyə intoksikasiyanı azaltmaq məqsədilə vitaminlər, möhkəmləndiricilər təyin edilir, xolinesteraz əleyhinə müalicə vasitələrindən istifadə edilir. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq hormonal müalicə və vazoaktiv preparatların qəbulu zəruri sayılır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1330   Tarix: 09 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

kosmetika mehsullari qis geyimləri 2026 geyim və ayaqqabılar dəri və saç dogusun baslanmasi xəstəliklər pehriz kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır gülməli hakıştalar hakista şirin qoğal hamilelik