Balıqdan zəhərlənmənin qarşısını necə alaq?

Balıqdan zəhərlənmənin qarşısını necə alaq?Mövsümünün başlanması ilə istər bazarlarda, istərsə də marketlərdə bir-birindən fərqli görünüşə, dada və qiymətə malik balıqlar piştaxtalarda yer alıb. Balığın daha çox istehlak edildiyi "r" olan aylarda zəhərlənmə halları da baş verir. Balıqdan zəhərlənməmək üçün nə edək?
Milli.Az bildirir ki,  bu barədə Trend-ə danışan toksikoloq Aynur Məmmədova bildirib ki, balıqdan zəhərlənmə halları, adətən, məhsul köhnə olanda olur.
"Təzə balıqdan zəhərlənmələrə çox nadir hallarda rast gəlinir. Balıqdan zəhərlənmə o vaxt olur ki, balıq sudan çıxarılandan sonra uzun müddət soyuducudan uzaq saxlanılır, yol gəlir, içəridən iylənməyə başlayıb xarab olur. Bu balıqlardan istifadə edildikdə zəhərlənmə baş verir. Buna da toksikoinfeksiya deyilir. Həmin vaxt xəstədə ürəkbulanma, qusma olur", - o qeyd edib.
Həkim bildirib ki, zəhərlənmələr, əsasən, hisə verilmiş balıqlardan olur:
"Ev şəraitində, kustar üsulla hazırlanan hisə verilmiş balıqlardan botulizm deyilən ağır qida zəhərlənməsi baş verir. Bu halda 60-70%-dən çox xəstələrdə ölüm hadisəsi baş verir. Botulizmin ilkin əlamətləri halsızlıq, ağızda quruluq, qusma, xəstədə iki görmə, tor görmə, danışığında problemlərdir. Bu əlamətlər olarsa, xəstəxanaya müraciət olunmalıdır. Dərhal xəstəyə botulizm əleyhinə zərdab vurulmalıdır. Mütləq həkim nəzarətində qalmalıdır. Belə xəstələrin ev şəraitində müalicəsi ölümlə nəticələnə bilər".
O vurğulayıb ki, balıqdan zəhərlənmənin qarşısını almaq üçün təzə balıq mütləq soyuducuda, buzlu yerdə saxlanılmalıdır. Əgər soyuducusuz şəraitdə daşınırsa, mütləq balıq təmizlənməlidir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1947   Tarix: 14 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

gozel gorunmek geyim seçimi yay geyimləri 2026 atalar sozleri ana haqqinda yuxa tortu süfrə mədəniyyəti həkim məsləhəti kosmetika usaq seirleri vətən haqqında bayatılar novruz bayrami məsəllər qiz burcu