Baloğlan Əşrəfov: "O insan məni həyata qaytardı"

Baloğlan Əşrəfov: "O insan məni həyata qaytardı""Adı gərək yiyəsi də daşıya bilsin. Mən öz adımı layiqincə daşıdım və müsbət təqdim etdim. Bir neçə dostlarım var ki, adımı övladlarına qoyublar".

Xanim.az ailem.az-a isitnadən xəbər verir ki, bunu əməkdar artist Baloğlan Əşrəfov Space telekanalında Elnarə Xəlilovanın təqdimatında efirə gedən "Xanımlar və cənablar" proqramında qonaq olarkən deyib. Müğənni adının mənfi qəhrəman olmasını da açıqlayıb: "Mənim adım Cəfər Cabbarlının "Almaz" əsərindəndir. Amma orada Baloğlan müsbət qəhrəman deyil, yaxşı insan kimi işıqlandırılmayıb. O əsərdə Baloğlan xoşagəlməz obraz kimi təqdim edilib. Mən dünyaya gələndən sonra Allah məni istədi, mənə səs verdi və mən Baloğlan adının formasını dəyişdim. Xalq bu adı sevdi. Baloğlan elə mənasından da aydın olduğu kimi bal, şirin oğlan deməkdir. Lakin elə adlar var ki, Azərbaycan xalqına yaddır".

Əməkdar artist sevdiyi və sevmədiyi adlardan da bəhs edib. Müğənni deyib ki, hər hansı bir ad onda tanıdığı insanların obrazını gözləri qarşısında canlandırır. B. Əşrəfov Mübariz adının ona çox doğma olduğunu etiraf edib:

"Elə adlar var ki, Azərbaycan ədəbiyyatında yer alır. Məsələn, bəzən əsərlərdə müsbət qəhrəman olan ad həyatda cinayətkar, başkəsən olur. Lakin elə insanlar da var ki, öz əməlləri ilə adlarını gözəlləşdirə bilərlər. Əgər bir insan namuslu, qeyrətli, yaxşı insandırsa, onun adı mənim xoşuma gəlir. Məsələn, Mübariz adı məndə çox yaxşı təəssürat yaradır, bu adı eşidəndə istər-istəməz gözlərim qarşısında yaxşı, qeyrətli, namuslu, xeyirxah, qəhrəman obrazı canlanır.

İlk növbədə ona görə ki, Biləsuvardan olan bizim milli qəhrəman Mübariz İbrahimov bu adı yüksəklərə qaldırdı. Həqiqətən də adı kimi mübarizliyi ilə bütün türk dünyasının yaddaşına həkk olundu. İkinci Mübariz isə məni həyata qaytaran Mübariz Mənsimovdur. O, türk dünyasına çox insanlara yardım edib, karına gəlib. Hər iki Mübariz gənclərə örnəkdir".

Xəbərlər     Baxılıb: 2137   Tarix: 19 may 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Yaşıl çay xərçəngdən qoruyurmu?

Yaşıl çay ( Camellia sinensis ) yüksək antioksidant tərkibi ilə tanınır. Onun tərkibindəki ən mühüm maddə EGCG adlanan güclü bir kateşindir.  xəbər verir ki, heyvanlar və laboratoriya mühitində aparılan tədqiqatlar göstəri

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

turlar.az

həkim məsləhəti kosmetoloq geyim şəkilləri maqazin balın faydaları sonsuzluq konservləşdirilmiş məhsullar kosmetika novruz bayramı haxışta faydalı məsləhətlər pizza vətənə aid atalar sözləri xanim az