Barmaqların qıcolması nədən xəbər verir? - SƏBƏBLƏR

Barmaqların qıcolması nədən xəbər verir? - SƏBƏBLƏRƏl-ayaq barmaqlarının uyuşub, qıcolması insanı gözləmədiyi halda yaxalayan xoşagəlməz haldır. Daha çox yuxuda, gecələr, suda, soyuqda olur. Yəqin ki, bir çox gənclərin dərin çay və dənizdə üzərkən barmaq və ayaqlarının qəfildən qıcolması səbəbindən batması faktlarını eşitmisiz.
Əgər bir insanda ayaq barmaqları həftədə 2-3 dəfə və artıq qıc olarsa, bunu diqqətdən kənarda qoymaq olmaz və artıq alt səbəblər axtarılmalıdır.
Milli.Az medicina.az-a istinadən son zamanlar əhali arasında geniş yayılmış barmaq qıcolmasının səbəbləri və müalicəsini araşdırıb.
Ayaq barmaqlarının qıcolma sindromunu yaradan faktorlar əsasən bunlardır:
-Orqanizmdə sinir sistemi üçün vacib olan maqniy, kalium, kalsium, fol turşusu, D vitamini, dəmir kimi mikroelementlərin defisiti
-Bir sıra dərmanların qəbulunun əks təsiri
-Zəif qidalanma və uzun müddət acqalma, dietalar
-Hamiləlik
-Aşırı tərləmə
-Daimi stress, əsəb
-Qidada zülalın çoxluğu - ət yemək
-İdmançıların əzələ artıran idman qida əlavələri çox qəbul etməsi
-Ayaq və barmaqların travması
-Onurğa problemi, ostoxondroz
-Ayaqlarda damar problemi
-Yastıayaqlılıq
-Donma, soyuma
-Narahat, sıx ayaqqabı
-Ağır çəki
-Qan dövranına düşən bəzi infeksiyalar
-İşlə bağlı ayaqlara yük, çox ayaq üstə qalmaq, nəmişlik, rütubət
Bu səbəblərdən bir çoxunu özünüz görüb ayırd edirsizsə, deməli, onları aradan qaldırmalısız. Digər sizdən asılı olmayan səbəbləri həkim araşdırıb, dəqiq diaqnozu tapmalı və müalicə təyin etməlidir
Qıcolma zamanı nə etməli?
Ayaqlarda barmaqların sıxılması zamanı yaxşı olar ki, ayaqları soyuq səthə və ya suya qoyub, sonra dərhal uzanıb ayaqları ürək səviyyəsindən yuxarı qaldırmaq lazımdır. Bu zaman qan tez barmaqlara kimi qovulur və spazm, ağrı azalır.
Dəhşətli ağrıda barmaqlara iynə ucu batırmaq da qıcolmanı tez kəsir.
Təsadüfi deyil ki, peşəkar üzgüçülərin yanında həmişə itiuclu iynə olur, suda qıcolma tutanda onlar bunu ayaqlarına batırırlar.
Əgər avtobus, təyyarədə qıcolma tutubsa, dəhşətli ağrıya baxmayaraq, ayağa qalxıb, ayaqqabısız gəzişmək və ayaqları ovmaq lazımdır.
Həmin vaxt duzlu su və ya mineral su bol içmək də lazımdır.
Əgər ağrı və qıcolma kəsmirsə, barmaqları elastik sarğı ilə sarıyıb həkimə üz tutmaq mütləqdir.
Hansı həkimlərdən keçməli?
İlk növbədə ümumi baxış üçün terapevt və nevroloqa müraciət olunur. Daha sonra ortoped, fleboloqla daha dərin müayinələr aparır. Ayaqların və onurğanın rentgeni, damarların USM müayinəsi, qan analizi, qanda vitamin və mineralların təyini olunur.
Müalicə üçün:
Qıcolmanın səbəbi araşdırılıb, ona uyğun dərmanlar yazılır. Eləcə də dieta, mazlar, kremlər, vitaminlər, fiziki idman, hərəkətlər, fizioterapiya təyin edilir.
Ofisdə çalışanlar hər 1 saatdan bir qalxıb 10 dəqiqə gəzməlidirlər. Evə gələndə ayaqlar isti vanna olunmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2107   Tarix: 08 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

qadın geyimi yemek reseptleri geyim şəkilləri nişanlılıq qan qruplari kariyera və iş həyatı keks reseptləri kosmetika haxisda burclər oglan evi bürcler qiz burcu