Barmaqlarınızı sıxın və bunlara nail olun - MÜTLƏQ OXUYUN FOTO İZAH

Barmaqlarınızı sıxın və bunlara nail olun - MÜTLƏQ OXUYUN FOTO İZAHQədim dövrlərdən bu yana əksər insanlar bədəndəki bütün ağrıların bədən daxilindəki qeyri-ahəngdarlıqdan qaynaqlandığına inanıblar. Siz düzgün qidalanmırsınız, siqaret çəkirsiniz, alkoqollu içkilər qəbul edirsiniz və neqativ düşünürsünüz... Cim Şin Citsu - qədim yapon müalicə praktikası bu ahəngdarlığın bərpası üçün müəyyən nöqtələrdən istifadə edir. Bu nöqtələrə təzyiq etməklə orqanizmdə yenidən ahəngdarlıq yaranır və ağrılar yox olur.

qadınsaytı.az saglamolun.az-a istinadən bildirir ki, verilmiş şəkilə diqqətlə baxın. Ağrı yarandıqda hansı nöqtələrə təzyiq etmək lazım olduğunu yadınızda saxlayın və bu zaman həmin ağrı tez keçəcək və sizi daha az narahat edəcək. Bunun üçün hər iki əlin barmaqları münasibdir.

Baş barmağa təzyiq edilərsə...

Bununla siz mədə və dalağınıza ahəngdarlıq gətirmiş olarsınız. Bundan əlavə, baş barmağa təzyiq əsəbilik, narahatlıq və depressiyanın digər bu kimi əlamətlərini aradan qaldırır. Dərinizdə ağrı hiss edirsiniz? Başınız ağrıyır? Qarnınızda ağrı var? Xroniki yorğunluq?.. Tez-tez baş barmağa təzyiq edin.

Şəhadət barmağa təzyiq edilərsə...

Bu barmağa təzyiq etməklə böyrəkləriniz və sidik kisənizə ahəngdarlıq qatmış olarsınız. Bu, qorxu hissini və əzələ spazmlarını, bel və diş ağrılarını, həmçinin həzm traktı sahəsində ağrıları aradan qaldırır.

Orta barmağa təzyiq edilərsə...

Bu, qaraciyər və əsəb sisteminin fəaliyyətində ahəngdarlıq yaradır. Orta barmağa təzyiq sizə qəzəb və özünə inanmama hissləri ilə mübarizədə yardımçı olacaq. Bunu müntəzəm olaraq təkrar etsəniz, bu yolla ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdıra, menstrual ağrıları azalda, görmə qabiliyyətini yaxşılaşdıra bilər və başağrılarından qismən qurtula bilərsiniz.

Adsız barmağa təzyiq edilərsə...

Bu yolla siz ağciyərləriniz və həzm orqanlarınıza ahəngdarlıq bəxş etmiş olarsınız. Bu barmağa təzyiq sizi panika tutmalarından (panik atak), qulaqlardakı cingiltidən və tənəffüs problemlərindən xilas edər.

Sərçə barmağa təzyiq edilərsə...

Bununla siz ürəyinizin ahəngdarlığını bərpa etmiş olarsınız. Tez-tez bu barmağa təzyiq etsəniz, həyəcan, yalnızlıq və gərginlik hissləri yox olmağa başlayacaq. Qəlbinizdə rahatlıq və azadlıq hissləri yaranacaq. Bundan əlavə bu yolla boğazda ağrını azaltmaq və sümükləri möhkəmləndirmək də mümkündür.

Bu üsula inanılması çətin olsa da, sınaqdan keçirmək heç də çətin deyil. Sınayın...

Xəbərlər     Baxılıb: 1856   Tarix: 04 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?

"Ev heyvanları bəzi insanlarda allergiya riskini artıra bilər". xəbər verir ki, bnunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərin

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Həkimdən qorxuducu XƏBƏRDARLIQ - Bu əlamətlər astmanın xəbərçisi İMİŞ

"Allergiya vaxtında müalicə olunmadıqda astmanın yaranmasına gətirib çıxara bilər". . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyev

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

turlar.az

kosmetoloq sac duzumleri yay geyimləri 2026 yay geyim 2026 boğaz ağrısı kliniki ölüm viruslar kosmetika gəncə sanama yemek reseptleri oyunlar vicdan