Baş pediatr: Uşaqlarda vitamin çatışmazlığı, qidalanma problemləri və allergik xəstəliklərə daha çox rast gəlinir

Baş pediatr: Uşaqlarda vitamin çatışmazlığı, qidalanma problemləri və allergik xəstəliklərə daha çox rast gəlinirBu ilin yaz və yay aylarında uşaqlar arasında vitamin çatışmazlığı, qidalanma problemləri və allergik xəstəliklərə daha çox rast gəlinir.
Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevin verdiyi məlumata görə, ötən illər uşaqlar arasında tez-tez rastlaşdığımız çoxsaylı virus infeksiyalarının - adenoviruslar, qrip və paraqrip viruslarının törətdiyi xəstəliklər minimuma çatıb: "Bunun səbəbi koronavirusla əlaqədar, dünyada, o cümlədən ölkəmizdə sanitariya və gigiyena normalarına daha ciddi əməl edilməsidir. Tibbi maskalar və dezinfeksiya məhlullarından istifadə, eləcə də sosial məsafəni qorumaq təkcə koronavirusa deyil, digər virus infeksiyalarına yoluxma sayının da kəskin azalmasına səbəb olub".
Baş pediatr bildirib ki, valideynlər övladlarını mövsümi xəstəliklərdən qorumaq üçün onların qidalanmasına ciddi diqqət göstərməlidirlər: "Təəssüf ki, müəyyən səbəblərdən dolayı uşaqların qidalanmasına laqeyd yanaşanlar çoxdur. Valideynlər, daha sonra müəllimlər və səhiyyə işçiləri uşaqların sağlamlıqlarının qayğısına qalmalıdırlar. Məsələn, allergiyaya meyilli uşaqlarda allergiya əmələ gəlməmiş profilaktik tədbirlərin aparılması çox vacibdir. Sahə pediatrları xəstələrə müvafiq dərman preparatları verərək xəstəliyin baş qaldırmaması üçün əvvəlcədən fon yaradılmasına çalışmalıdırlar".
Ümumiyyətlə uşaqlarda allergik xəstəliklərin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, selikli qişanın ödəmləşməsi, burun və gözdə qaşınmadır. Pollinozlu xəstələr bəzən ard-arda 30-40 dəfə asqırırlar. Kəskin allergiyalar yaradan səbəblərdən biri də ətrafda olan ağac, bitki və gül kollarıdır. Beləliklə, ağacların tozlanması xüsusilə allergiyaya meyilli uşaqlarda narahatlıq yaradır. Baş pediatr məsləhət görür ki, xəstəliyin profilaktikası yazın əvvəllərində başlamalıdır ki, mayda ağacların çiçəkləndiyi vaxtda allergik vəziyyət yaranmasın.
Nəsib Quliyevin sözlərinə görə, yay fəslində uşaqların qida rasionunda meyvələr, giləmeyvələr və tərəvəzlərə üstünlük verilməlidir: "Çalışmaq lazımdır ki, uşaqların qidalarında köhnəlmiş yeməklərdən istifadə olunmasın, bütün qidalar təzə olsun. Yay mövsümünün üstün cəhətlərindən yararlanıb uşaqların qışa fiziki hazırlıqlarını təmin etmək lazımdır. Bunun üçün uşaqlara, mütəmadi olaraq, günəş və su vannası qəbul etdirmək lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1348   Tarix: 14 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

makiyaj etmek qaydalari makiyaj instagram kosmetika mehsullari qadın geyimi geyim 2026 balqabağın faydaları qaragatin faydasi kosmetika kurtlar vadisi sperma aslan namiq qaraçuxurlu salam