Dünyanın ən zərərli 10 qidası - Yeməyən yoxdur
Dünyada ən zərərli qidaların siyahısı açıqlanıb.
Milli.Az xəbər verir ki, qida ekspertləri gündəlik həyatda geniş istifadə olunan bəzi məhsulların sağlamlığa ciddi mənfi təsir göstərə biləcəyini bildirir.
Araşdırmalar nəticəsində ən zərərli hesab edilən on məhsul müəyyən edilib.
Siyahıda ilk yeri sürətli şəkildə hazırlanan "noodle" tutur. Mütəxəssislərin sözlərinə görə bu məhsulun tərkibində duz və əlavə maddələr çox olur. Növbəti sırada içərisində şəkər və süni qatqıların çox olduğu üçü birində qəhvə içkiləri yer alıb.
Emal olunmuş ət məhsulları olan kolbasa və sosiska sağlamlıq baxımından riskli hesab edilir. Çips də siyahıda yüksək yağ və duz miqdarı səbəbilə ön sıradadır. Hazır şəkildə satılan sup paketləri də yüksək qatqı tərkibi ilə diqqət çəkir.
Meyvə suyu kimi təqdim edilən lakin tərkibində əsasən şəkər olan içkilər siyahıya daxil edilib. Yeməklərdə istifadə olunan bulyonlar da çoxlu duz və süni dadlandırıcıya görə riskli sayılır.
Jelibon kimi rəngli şirniyyatlar qatqı maddələrinin çoxluğu səbəbilə siyahıda yer alır. Enerji içkiləri yüksək kofein və şəkər miqdarı ilə sağlamlıq üçün təhlükə yaradan məhsullar sırasında göstərilir. Siyahının sonunda marqarin dayanır və bunun səbəbi onun tərkibində trans yağların olmasıdır.
Mütəxəssislər bu məhsulların tez tez və böyük miqdarda istifadəsinin sağlamlıq problemlərinə yol aça biləcəyini bildirir və mümkün qədər təbii qidalara üstünlük verilməsini tövsiyə edir.
İsmayıl
Milli.Az









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Arzuolunmaz hamiləlik
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
P.Diddi həbsxanadan xəstəxanaya aparıldı
Heyli Biber hamilədir? - Foto