Ailənizdə infarkt olan varsa... - Araşdırmanın qorxunc nəticələri üzə çıxdı

Ailənizdə infarkt olan varsa... - Araşdırmanın qorxunc nəticələri üzə çıxdıGenetik xəstəlik qan xolesterini xeyli artırır.
Milli.Az xəbər verir ki, bu qənaətə "Mayo Clinic"in tədqiqatçıları gəlib.
Ailəvi hiperxolesterinemiya yüksək xolesterin səviyyəsinə və erkən ürək-damar xəstəliklərinə səbəb olan genetik vəziyyətdir. Bu xəstəlik çox vaxt simptom vermədən nəsildən-nəsilə ötürülür və insanlar çox vaxt öz vəziyyətindən xəbərsiz yaşayır. Belə hallarda qan xolesterini "pis" LDL lipoproteinlərinin səviyyəsi normaldan xeyli yüksək olur ki, bu da arteriyalarda aterosklerotik lövhələrin formalaşmasını sürətləndirir və infarkt, insult kimi ciddi fəsadlara yol açır.
Tədqiqatlar göstərir ki, ailəvi hiperxolesterinemiya nisbətən geniş yayılıb. Hər 200-250 nəfərdən biri bu xəstəliyə malikdir. Lakin mövcud milli genetik skrininq qaydaları xəstələrin böyük əksəriyyətini müəyyən edə bilmir. Ekspertlər qeyd edir ki, ailəvi hiperxolesterinemiya olan insanların təxminən 90%-i standart genetik test kriteriyalarına düşmür və çox vaxt vəziyyətini yalnız elmi tədqiqatlar zamanı öyrənir. Hətta bu qrupun hər beşindən birində artıq ürək-damar xəstəliyinin ilkin əlamətləri müşahidə olunur.
Ailəvi hiperxolesterinemiya vaxtında aşkarlanarsa, müalicə ilə xəstəliyin gedişi dəyişdirilə bilər, infarkt və insult riskləri azaldıla bilər. Genetik skrininq və erkən diaqnostikanın artırılması, müvafiq müalicə və həyat tərzi dəyişiklikləri ilə birləşdirildikdə, xəstələrin həyat keyfiyyətini yüksəltmək və həyatlarını xilas etmək mümkündür. Bu, ürək-damar xəstəliklərinə qarşı mübarizədə həyati əhəmiyyət kəsb edir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1261   Tarix: 21 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

qis geyimləri 2026 kosmetik vasiteler donlar 2026 usaqlarda angina elza seyidcahan moda lüğəti hicab kosmetika yemek reseptleri big.az aydin sani tərəzi vətənə aid