Başgicəllənmə və onun yaranma səbəbləri

Başgicəllənmə və onun yaranma səbəbləriBaşgicəllənmə bir xəstəlik deyil simptomdur(şikayətdir), hansı ki, bir çox xəstəliklər zamanı xəstənin özünün dönməsi və ya ətrafın dönməsi şəklində ortaya çıxır. Baş dönməsi və müvazinəti itirmə halları xəstəxanaya müraciət edənlərin 2,4 % ni təşkil edir. Təcili yardıma müraciət edənlərin isə təxminən 26% i başgicəllənmə şikayəti olan xəstələrdir. Müvazinət pozulması şikayəti olan xəstələrin böyük əksəriyyəti orta və yaşlı qrup insanlardır, uşaq yaşlarında başgicəllənmə şikayəti nadirən rast gəlinir.
60 yaş və yuxarı populyasiyanın 20%i gündəlik həyatlarına ciddi şəkildə təsir edən baş dönməsindən şikayət edirlər. Son zamanlarda isə başgicəllənmə şikayəti daha gənc yaşlı insanlar arasında daha çox izlənməkdədir.
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, vestibulyar sistem( müvazinət sistemi) periferik(daxili qulaq) və mərkəzi(beyin) olmaq üzrə 2 hissədən ibarətdir. Araşdırmalar göstərir ki, başgicəllənmənin əsas səbəbi daxili qulaq mənşəli patalogiyalarla əlaqəlidir.
Başgicəllənmənin ən çox yayılmış səbəbləri periferik vestibulyar patologiyalardır(qulaq mənşəli olanlar). Bunlar: Xoş xassəli baş dönməsi (BPPV), Menyer xəstəliyi, Vestibulyar nevrit, Labirintit, Otoskleroz, Perilimfa fistulu, Vestibulyar miqren və.s-dir.
Bundan başqa, başgicəllənmə yaradan bəzi nevrolojı patologiyalar da vardır. Bunlar: Serebrovaskulyar xəstəliklər, multipl skleroz, vertigenoz miqren ,epilepsiya, serebellar infakt, qanama, serebellapontin törəmələrdir.
Vertigonun digər etiolojı səbəbləri sırasında senkop, psixogenik başdönməsi, dərmanların yan təsiri, hipoperfuziya halları (şok,dehidratasiya), kardiovaskulyar patolo­giyalar kimi sistemik xəstəliklər də öz yerini tapmaqdadır. Bəzi metobolik patologiyalar da vardır ki, məsələn: Anemi­ya, hipotireo­dizm, hipertiroidizm, elektrolitik balansın pozulması bu hallarda da baş dönməsi şikayəti ortaya çıxır.
Lor-Otonevroloqa müraciət edən başgicəllənmə şikayətli xəstədə həkimin diqqət etməsi gərəkən əsas məqamlardan biri xəstənin anamnezidir(verdiyi məlumatlardır). Anamnez toplayarkən baş dönməsinin xarakterinə, şiddətinə, davam etmə müddətinə, qulaqla əlaqəsinə, yanaşı simptomlara, baş dönməsi zamanı xəstənin pozisiyasına, ailə hekayəsinə, predispozan faktorlara diqqət etmək lazımdır.
Bəs başgicəllənmə zamanı ilk kimə müraciət etməli?
Vertiqo şikayəti olan xəstələrdə başgicəllənmə ilə yanaşı, qulaqda küy, eşitmə azlığı, ürəkbulanma, qusma, miqrenoz tip baş ağrıları, pozisiyaya bağlı başgicəllənmənin olması halları, yuxarı tənəffüs yolları infeksiyası sonrası başgicəllənmə halları, qaranlıqda müvazinətini itirmə halları, asqırıb öskürərkən başgicəllənmənin olması və.s kimi hallar olarsa, Lor-Otonevroloqa müraciət etməlidir.
Xəstələrdə başgicəllənmə ilə yanaşı, udma aktının pozulması, yavaş başlayan başgicəllən­mə halları, əzələ tonusunun zəifləməsi hal­la­rı,ürəkbulanma,qusma, koordina­siya pozulması halı, diplopiya, düşmə atakları, ətraflarda zəiflik olduqda baş verdikdə isə mütləq Nevroloqa müraciət etməlidir.
Unutmaq olmaz ki, doğru və vaxtında diaq­nos­tika olunmuş xəstəliklərin müalicəsi daha effektivdir və həyat qurtarar.
Milli.Az

Xəbərlər     Baxılıb: 3889   Tarix: 03 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qadin dunyasi geymler 2026 kosmetoloq dərslər toy ideyalari laylalar milli yeməklər kosmetika eqreb xanim az paxlava rus dilini öyrənək