Başgicəllənməsi ilə başlayan təhlükəli xəstəlik – Yaşıl çay içmək vəziyyəti pisləşdirə bilər

Başgicəllənməsi ilə başlayan təhlükəli xəstəlik – Yaşıl çay içmək vəziyyəti pisləşdirə bilərBaşgicəllənmə dedikdə ilk ağla gələn xəstəlik vertiqodur. Mütəxəssislər D vitamini çatışmazlığının da başgicəllənməyə səbəb olduğunu bildirirlər. Gündəlik həyatda tez-tez istehlak etdiyimiz qəhvə və yaşıl çayın da başgicəllənməni gücləndirdiyi qeyd olunur.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, audioloq Hande Çalışkan vertiqonun səbəblərindən, əlamətlərindən və müalicəsindən bəhs edib.
Vertiqonun əlamətləri:
"Başgicəllənmə şikayətləri xəstənin ayaq üstə dayana, qusmadan qala biləcəyi, hiss etdiklərini danışa biləcəyi səviyyədədirsə, ilk addım təcili yardıma yox, qulaq burun boğaz xəstəlikləri üzrə mütəxəssisə müraciət etmək olmalıdır.
Vertiqo xalq arasında xəstəlik kimi tanınır. Lakin bu, əslində xəstəlik deyil, bir simptomdur.
Ətrafın fırlandığını hiss etmək, cisimləri bulanıq və hərəkətdə görmək, ayağın altından yerin sürüşdüyünü zənn etmək, kimsə itələyirmiş və ya çəkirmiş kimi hiss etmək, yolda gedərkən düzgün hərəkət edə bilməmək və səndələmək vertiqo əlamətləri arasında sayıla bilər", - deyə audioloq qeyd edib.
Vertiqonun səbəbləri:
"Vertiqo daxili qulaqdakı kristalların hərəkəti nəticəsində yaranır. Ani baş hərəkətləri, hərəkətli vizual stimullara məruz qalma, uzun müddət kompüterdən istifadə və ya uzun müddət masa arxasında düzgün olmayan duruşlarda oturmaq, stress, qorxu, yuxusuzluq və bəzən də heç bir səbəb olmadan baş verə bilər.
Vertiqo şikayətinin müddəti başgicəllənməyə səbəb olan xəstəliyə, xəstənin yaşına, əlavə xəstəliklərə, xroniki vəziyyətlərə, qan dəyərlərinə, stress-narahatlıq səviyyəsinə, yuxu rejiminə, yorğunluq səviyyəsinə xəbərdarlıqlara diqqət yetirmə qabiliyyətinə və s.-ə görə dəyişir", - Hande Çalışkan deyib.
Vertiqo anında nə etməli?
"Başgicəllənmə zamanı alınması lazım olan 2 tədbir var. İlki harasa yaslanmaqdır. İstər evdə, istərsə də çöldə, hərəkət halında, uzanmış halda və ya ayaqda olmağın fərqi yoxdur. Etməli olduğunuz ilk şey sabit bir yerə yapışmaq və özünüzü qorumaqdır.
Çünki biz mütəxəssislərin ən çox qorxduğu başgicəllənmə deyil, xəstələrin başgicəllənməsi səbəbindən yıxılıb başlarını harasa vurmaları, sınıq, çıxıq hallarının yaşanması və ya zədə almalarıdır.
İkinci addım gözlərinizi geniş açıb qarşınızdakı hər hansı sabit nöqtəyə/cismə baxmaqdır. Başınız gicəllənəndə heç vaxt gözlərinizi yummamalısınız. Gözləri yummaq özümüzü təhlükəsiz hiss etməmizə səbəb ola və narahatlığımızın aradan qalxmasına kömək edəcəkmiş hissiyatı yarada bilər. Əslində isə başgicəllənmə səviyyəsini artırır və başgicəllənməyə məruz qalma müddətini uzadır.
Diqqətimizi qarşımızdakı sabit obyektə cəmləmək ətrafdakıların hərəkət etmədiyi barədə beyinə siqnallar göndərməyə kömək edir", - audioloq vurğulayıb.
Ətraflı
Onun sözlərinə görə, vertiqo təhlükəli vəziyyətlərin əlaməti ola bilər:
"Vertiqo adətən daxili qulaqdakı tarazlıq orqanlarının balansının pozulması nəticəsində yaranan bir simptomdur. Ancaq bəzən başgicəllənmə bədəndəki digər sağlamlıq problemlərinin əlaməti ola bilər.
Məsələn, zəhərlənmə, hormonal dəyişikliklər, dəmir çatışmazlığı və ya B12 vitamini çatışmazlığı hallarında da başgicəllənmə baş verə bilər. Bundan əlavə, D vitamini çatışmazlığı da vertiqo simptomlarına səbəb ola bilər.
Buna görə başgicəllənmə ilə qarşılaşan insanların simptomlarını ciddi qəbul etmələri vacibdir.
Vertiqonun əsas səbəbini müəyyən etmək üçün mütəxəssis həkim tərəfindən ətraflı müayinə, lazımi qiymətləndirmələr və testlər aparılmalıdır. Bu sayədə başgicəllənmənin səbəbi təyin oluna, uyğun müalicə üsulları tətbiq oluna və xəstəliyin irəliləməsinin qarşısı alına bilər".
Həkim onu da qeyd edib ki, başgicəllənməni azaltmaq üçün bəzi vacib qaydalara əməl etmək lazımdır:
"Kofeinin başgicəllənməyə səbəb olduğunu göstərən bir çox akademik nəşrlər var, ona görə də kofeini mümkün qədər azaltmaq lazımdır. Kofein dedikdə təkcə qəhvə və onun törəmələri deyil, tərkibində kofein olan hər şey nəzərdə tutulur. Yaşıl çay da xəstələrdə başgicəllənmələri ən çox artıran məhsullardan biridir.
Duz istehlakının azaldılması başgicəllənmənin qarşısını almaqda mühüm rol oynayır. Turşu kimi çox duzlu qidaları yeməmək faydalı olacaq.
Qan təzyiqi və şəkəri birdən-birə azaldacaq və ya artıracaq hər cür qida, içki və fəaliyyətdən uzaq durmaq lazımdır.
Stress, yorğunluq və yuxusuzluqdan qaçmaq başgicəllənmə ilə mübarizə prosesinə müsbət təsir edəcək.
Vertiqonun müalicəsi insandan insana dəyişə bilər. Bəzi hallarda bədənin öz tarazlıq bərpa sistemləri problemi həll edir. Bu hallarda xəstə müalicə manevrləri və ya xüsusi məşqlərlə dəstəklənməlidir.
Vertiqo üçün birbaşa dərman müalicəsi yoxdur, yalnız simptomları azaltmaq üçün bəzi dərmanlardan istifadə olunur".
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1414   Tarix: 10 iyun 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

kosmetik vasiteler qis geyimləri 2026 maskalar zaur ve gunay manikür və pedikür mələk kartları çək suni usaq yemekleri kosmetika ariqlamaq paxlava öpüşme hakışta faydalı məsləhətlər