"Başqaları məni gözəl görəcək deyə bədənimə zərər vermək istəmirəm"

"Başqaları məni gözəl görəcək deyə bədənimə zərər vermək istəmirəm""İdmançıların, sənət adamlarının karyerası məhvə gedir. Bir çox sahələr işsiz qalıb. Evini, avtomobilini satan insanlar ümidlə yaşayırlar ki, tez bir vaxtda düzələr. İşləyib qazanacaqlarına, əvvəlki həyata dönə biləcəklərinə ümid edirlər".
Open.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi pandemiya dövründə fəaliyyətini dayandıran iş yerlərindən danışıb:
"Halbuki əvvəlki həyatlarını daha da komfortlu, yaxşıya dəyişəcəklərini planlayırdılar. Pozitivə yüklənib, ümid etmək insanı xəyal qırıqlığına, məhvə apara bilər. Boş xəyallar qurmaq vaxtı deyil. Çətindir, bilirəm. Amma reallığı dərk etmək lazımdır.
Xərclərinizi azaldın. Yalnız vacib lazım olan məhsulları və əşyaları alın. Qənaət etməyi öyrənin. Orqanik məhsullara üstünlük verin. Bitkilər haqqında yetərincə məlumat var. Bitkilərdən daha çox istifadə edin, nəinki dərmanlardan. Bütün canlılar özlərini bitkilərlə müalicə edə bilir. Əzəldən insanlar da bacarırdı. Kəndlərdən, bölgələrdən alın qida məhsullarını (onların da qazancı olsun). Qiymətləri endirin. Başqa çarəmiz yoxdur. Həyatımızı əvvəlki kimi etməyə yox, bu vəziyyətdən çıxış yolu tapmağa çalışmalıyıq.
Mən demək olar ki, salona getmirəm (hər gün gedirdim). Manikür və pedikür etdirirəm ayda 1-2 dəfə, boya dasürtmürəm. Dırnaqlarım kimyəvi, zərərli maddələrdən dincəlsin.
Saçlarım sarışın daha gözəl idi. Amma saçlarımı zədələnmədən qorumaq üçün rəngini dəyişdim, kəsdim ki, daha canlı olsun. Özümü daha çox sevməyə başladım. Başqaları məni daha gözəl görəcək deyə öz bədənimə zərər vermək istəmirəm. Qorumaq istəyirəm saçlarımı, dırnaqlarımı. Hündürdaban ayaqqabılardan bezmişdim, neçə vaxtdır geyinmirəm, necə də rahatam bir bilsəniz.
Kitab oxuyun, dostlar. Beyninizi qidasız qoymayın. "Kim nə deyər"ləri düşünməyin artıq. Rahat olun".

Şou Biznes     Baxılıb: 1946   Tarix: 03 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

.

Azərbaycanlı musiqiçi intihar edib

Azərbaycаnlı musiqiçi İlham Razin vəfat edib. Bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu məlumat yayıb. Hüseyn bir neçə gün əvvəl qoşanağara ifaçısı olan İlham Razinin intihar etdiyini və onun maddi yardıma ehtiyacı olduğun

.

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

.

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

turlar.az

donlar 2026 gozel gorunmek geyim seçimi küncüt yağı qripdə nə etməli uşaq geyimləri qabyuyan masin kosmetika intim munasibetler salam veten haqqinda atalar sozu novruza aid hakisda lakonizm