Başqalarına verilməsi mümkün olmayan 10 əşya

Başqalarına verilməsi mümkün olmayan 10 əşyaYəqin sizin də evdə artıq əşyalarınız var, hansı ki, atmağa heyfiniz gəlir. Siz o əşyaları ehtiyacı olan tanışınıza və ya qohumunuza verirsiniz. Burada pis heç nə yoxdur, əksinə siz xeyixah bir iş görürsünüz. Amma 10 əşya vardır ki, onları heç kimə vermək olmaz. Çünki həmin əşyaları verməklə siz, nəinki həmin adama yaxşılıq edirsiniz, hətta ona ziyanınız da toxuna bilər. Siz ona elə xəstəlikləri yoluxdura bilərsiniz ki, onun sağalması uzun illər vaxt apara bilər. Bəs bu əşyalar hansılardır?
1. Diş şotkası - Sizin diş şotkanız sizin üçün zərərli sayılmaya bilər, amma o başqasını ağız boşluğuna stafiokokk və ya başqa infeksiyaların düşməsinə cəbəb olar. Çünki diş yuyulduqdan sonra şotkanın yuyulmasına baxmayaraq onda bir çox bakteriyalar inkişaf edir. Siz öz orqanizminizdəki infeksiyaları başqasına ötürə biərsiniz.
2. Əl-üz dəsmalı - Vanna otağından asılan dəsmalda çoxlu miqdarda bakteriyalar, göbələklər və mikroblar olur. Bunun səbəbi əlinizi sildikdən sonra dəsmalın nəm yerdə qalmasıdır.
3. Dodaq pomadası - Pomada sizdə olan xəstəlikləri asanlıqla başqasına yoluxdura bilər. Əgər sizdə herpes virusu varsa, o az bir zamanda pomadanızı verdiyiniz adama yoluxa bilər.
4. Diş pastası - Diş pastası, diş şotkası qədər təhlükəli deyil, amma əgər pastanı sıxan zaman tubikin ağzı şotkaya dəyibsə, onda mikroblar barədə düşünməyə dəyər.
5. Dezodorant - Qoltuq altına sürtdüyünüz antiperesperantınız qoltuğunuzun altındakı mikrobları asanlıqla başqasına daşıya bilər. Diyircəkli dezodorantlar qolun altını tərləməyə qoymasa da, mikrobları özündə saxlamaq qabiliyyətinə malikdir.
6. Pinset - pinset sizin tük diblərinizdə olan infeksion xəstəlikləri başqasına keçirə bilər.  Düzdür, bu nadir hallarda baş verir, amma mümkün ola bilər.
7. Ülgüc - Ülgücdən istifadə zamanı üzdəki tüklərlə birgə ölmüş dəri toxumaları da təmizlənir. Əgər sizdə hepatit və ya İİV varsa o digərinə asanlıqla yoluxa bilər.
8. Dırnaqtutan - Dırnaqlarda göbələk xəstəliyi varsa, rahatca digər istifadəçiyə keçir.
9. Sabun - Sabun vasitəsilə əldəki virus və göbələk xəstəliklərinin digər istifadəçiyə keçməsi mümkündür.
10. Qulaqcıqlar - musiqiyə qulaq asmaq üçün istifadə etdiyiniz qulaqcıqları başqasına verməyin. Siz bununla stafilokokk, streptokokk və göbələk infeksiyalarının yayılmasına səbəb olursunuz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1721   Tarix: 05 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

kosmetoloq gözəllik məhsulları kosmetik vasiteler uz derisine qulluq maskalari 1 yaşına qədər körpələrə qulluq toy gecəsi cəmiyyət kosmetika novruz bayrami kondom janrlar bayatı dolça