"Bayağı mahnıların bu qədər sevilməsi cəmiyyətimizin faciəsidir" - Nərmin Kərimbəyova

"azxeber.com"un "Gəl danış" layihəsinin qonağı müğənni Nərmin Kərimbəyova olub.
Həmin müsahibəni təqdim edirik:

- Bir-birimizi yaxşı tanıdığımız üçün düşünürəm ki, söhbətimiz də yaxşı baş tutacaq. 2023-cü il yaddaşında necə qaldı?
- İl necə gəldi, necə getdi inanın ki, bilmədim. Mən dələ kimi işləyirəm. Ona görə yadımda ancaq parlaq məqamlar qalıb. Bəzən komandamla nəyisə müzakirə edirik, elə bilirəm dünən olub. Baxıram ki, yox, üstündən 5 gün keçib. Zaman o qədər tez axıb gedir ki, mən zamanı tuta bilmirəm.
- Hansı səbəbdən cəmiyyət sizi gec qəbul etdi?
- Deməzdim. Mən sanki bir gecədə qalxdım tamaşaçının gözündə. Bunun üçün isə nə qədər çalışdığımı mən özüm də bilirəm. Bəzi mahnılarım tutmadı. Çünki bizim dinləyici daha çox milli milizmatikaya üstünlük verir. 
- Sizi tanıdığım ilk günlərdən bu günə qədər baxanda çox şeyin dəyişdiyini görürəm... 
-Mən axı səhnəyə hüquqdan gəlmişəm. Hüquqşünas həyatı yaşayan, istər-istəməz daxili çərçivələri olan bir insan idim. Həmin çərçivələr indi də var. Amma səhnə tamamilə çərçivələrdən çıxmaq deməkdir. Çıxa bilmirsənsə olursan adi sənətçilər kimi. Bizdə elələri çoxdur. Yaxşı oxuyurlar, səsləri də var, səhnədədirlər də. Amma heç nə ilə fərqlənmirlər. Ulduz yoxdur! Əgər ulduz olmaq istəyirsənsə, o çərçivələrdən çıxmalısan. Mən hələ indi hiss edirəm ki, o çərçivələrdən çıxıram. 
- Həkim ailəsində hüquqşünas təhsili alıb, daha sonra müğənni olmaq. Bunu necə bacardınız?
- Səhnəyə gəlmək qərarım atamın vəfatı ilə bağlıdır. Mən  bunu uşaqlıqdan istəyirdim, qərar verə bilmirdim. Atam isə buna qarşı idi. Amma bu o demək deyil ki, o vəfat etdi, mən səhnəyə çıxdım. Qəti elə bir şey yoxdur. Atam ona görə qarşı idi ki, deyirdi sən Azərbaycanda müğənni olsan, gedəcəksən toya və tükənəcəksən. Atam nə demişdisə, elə də oldu. Mən toy üçün oxumuram hə, amma bizim müğənnilərin ən pik nöqtəsi toydur. Nə qədər konsert etməyə çalışsaq da, hamı bilir ki, gəlirimiz toydandır. Ona görə də nə etsən də, sonda toydan asılı olursan. Hər halda istedadlı insanlara dəstək vermək, təkan vermək önəmlidir. Gərək zamanında mənim üçün də kimsə nəsə edərdi. 
- Heç kimdən dəstək görməmisən?
- Jurnalist dostlarımdan dəstək görmüşəm. Kimsə deyir ki, bu onun işidir, etməlidir. Mən belə düşünmürəm. Mən bunu dəstək kimi qəbul edirəm. Heç kimin, heç kimə borcu yoxdur. Ona görə də mən qazandığım bu münasibətləri itirmək istəmirəm. Onların pis, yaxşı günlərində yanında oluram. Mən yaxşılıqları unudan insan deyiləm. İndi özüm kimi insanlar çox azdır. Mən 30 illik dostlarımı belə daha həyatımdan buraxıram ki, gedin. Halbuki düşünürdüm dostluq axıra kimi olmalıdır. Çünki mən bunu bacarıram. Mənim həyatım çox dəyişib deyə ətrafımdakılar buna öyrəşə bilmirlər. Mən də bunu hiss edirəm. Bir nöqtəyə qədər səbr edirəm, sonra həyatımdan buraxaraq onlara əlvida deyirəm.
- Müğənni olandan sonra çox şey itirdiniz?
- İtirdim deməzdim, amma çox şeylər dəyişdi. İnsanlar, onların münasibəti, xasiyyəti. Harada olsam da, kim olsam da hər zaman özümə qarşı paxıllıq hiss etmişəm. İnsanlar düşünür ki, nəyə görə o ordadır, mən deyiləm. Ümumiyyətlə insanlarda neqativlər çoxdur. Xüsusən də sənət adamlarına, tanınmışlara qarşı. Hamı neqativini sənə ötürməyə çalışır çünki sən göz önündəsən. Hamı kimi olan insana heç kim heçnə demir. Elələri var ki, aramızda işi keçsin deyə sakitlik yaradır, nəyəsə görə susur. Amma bu mənim yolum deyil. Mən hər zaman etiraz yolunu seçirəm. Görsəm ki, itirəcəyim şeylər lap çoxdur, o zaman tamamilə geri çəkilib oturaram, nəinki kiminsə dedikləri ilə hərəkət etmək. Çünki mən çoxluğa tabe olacaq insan deyiləm. Bu mənim ruhuma ziddir.
- Allah tərəfindən qadın can verərək övlad dünyaya gətirir. Amma  siz öz orqanınızı qardaşınıza bağışlayaraq, onu ikinci dəfə həyata gətirdiniz  və bu sizin həyatınızın ən çətin zamanları idi.
- Bu birmənalı olaraq belədir. Bu günə şükür. Mən hər zaman özümə sual vermişəm ki, görəsən mənim bu həyatdakı missiyam nədir? Bəzi insanlar var ki, sadəcə özləri üçün yaşayır, bəziləri də istəyir ki, kiməsə faydalı olsunlar. Hər zaman deyirdim ki, mən həqiqi bir şey etməliyəm, elə belə yox. Narahatçılıqlarım var idi. Xəstəxanada olanda artıq dedim ki səhnə mənim üçün bitdi. Bu da səhhətimlə bağlı idi. Və qorxduğum hər şey də oldu. Başıma gəlməyən qalmadı. Bir an dedim ki, mənim üçün hər şey bitdi. Amma indi hər şey yaxşıdır.
- Əlinizdə olsaydı, Nərmin nəyi dəyişmək istəyərdi?
- İndi deyəcəm, bəlkə də küsəcəklər məndən. Amma insanları və ətraf mühiti çox dəyişmək istərdim. Uşaqlığımda hər kəs daha sərbət, mehriban idi. İndi insanlar yırtıcı heyvanlar kimi davranırlar. Xüsusilə sənət adamlarına qarşı. Yeni insanlarla tanış olmaq, onlarla zaman keçirtmək lazımdır, bu mütləqdir. Amma tanış olduğun insanlar elə ancaq səndən nəsə qopartmağa çalışırsa, bu insanı tükəndirir və sən insanlardan qaçırsan.
-"Bəxtini dəyişə bilməyən qadın, özünü dəyişər" fikri ilə nə dərəcədə razısınız?
- Özümü bəxtsiz birisi hesab etmirəm, amma bəxtəvər qadın da deyiləm. Həyatımdakı bəzi məqamlar məni narahat edir. Qadın xoşbəxtçiliyini yaşamamışam. Amma həyatımdan narazı olduğumu da deyə bilmərəm. Mən nə edirəmsə, sənətim üçün edirəm.
- Nərminin ailəsi niyə dağıldı?
- 12 il evli olmuşam.  Ayrılmağımıza səbəblər çoxdur, bunu bir şeyə bağlamaq olmaz. İllərlə yaşanan problemlər son illərdə dözülməz dərəcədə artdı. Razı qalmadığım məqamlar çox idi və onları dəyişmək mümkün deyildi. Dəyişmək olsayıdı dözərdim.
- Yoldaşın mübarizə apardı, prosesləri uzatdı, məhkəmələrə gəlmədi...
- Hə, hətta çox uzatdı. Amma bu da doğru bir şey deyil. İnsanlar qərar verib dost kimi ayrılmalıdır. Ortada  hələ ki, övlad varsa, bu daha çox nəzərə alınmalıdır. Bir-birinin qərarlarını hörmətlə qəbul etməlidirlər. 12 il səbr etmişəm və ayrılandan sonra anladım ki, gərək çoxdan verərdim bu qərarı. Düşünürdüm ki, dost kimi ayrılarıq, amma gördüm alınmır.
- Qadın nə zaman mübarizə aparmaqdan əl çəkir?
- Son illərdə baxırsan ki, ailələr çox tez dağılır. Mən burda heç kimi günahlandırmıram. Ümumiyyətlə, heç nəyə dözmək lazım deyil. Bunu mən yaşa dolduqca anladım. Bir dəfə gəlirik həyata. Hər kəsin sakit, xoşbəxt yaşamaq haqqı var. Bunu da qorumalıdır. Təbii ki, bu hər qadında fərqlidir. Özümdən deyə bilərəm ki, məndə problem yarananda dərhal düşünürəm ki, mən bunu həll edəcəyəm, bu mütləq həll olacaq. Mənim üçün evlilik böyük addım idi. Toyumda ölkənin ən tanınmış və ali savadlı 600-ə yaxın insan iştirak etmişdi. Buna görə də deyirdim yox. Həll etmək olacaq. Amma çox uzandı və həll olunmadı. Heç kim, heç kimi istifadə edə bilməz. Bir müddət sonra insanlar baş verən hər şeyə öyrəşirlər.
- Tək başına övlad böyütmək çox çətindir. Xüsusən də, qız övladı. Ona yetərincə zaman ayıra bilirsiniz?
- Övladıma mümkün qədər vaxt ayırmağa çalışıram. Amma onun baxımında və tərbiyəsində anamla qardaşımın zəhməti çox böyükdür. Bu son illərdə işlərim çoxdur deyə zaman ayırmaq çox çətindir. Uşağa nə lazımdır? Ailə. Çox şükür ki, anam və qardaşım onun təlim tərbiyəsi ilə məşğuldurlar.
- Hazırda bayağı deyə kateqoriyaya ayırdığımız sənətçilər niyə peşəkarlardan daha öndədirlər?
- Məndən incisələr də bunu deyəcəyəm. Paxıllıq da eləmirəm. Doğrudan, onlar hamımızdan öndədirlər və bu cəmiyyətimizin faciəsidir. Çünki xalq onları bəyənir və ortaya çıxardır. Kənardan baxırsan, nə deyəsən budur. Onları da qınamıram, zövqləri budur. Amma insan gərək özünə hörmət eləsin. Onlar özlərini də, oxuduğu mahnıları da çox bəyənirlər.Təəssüf ki, o insanların özgüvənləri çox yüksəkdir. Hesab edirlər ki, ulduzdurlar, Maykl Ceksondurlar!
Aysel Hacızadə
Həsən Quliyev

Şou Biznes     Baxılıb: 1167   Tarix: 03 fevral 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Haluk Leventin saxlanılan köməkçisi danışdı

İstanbul Respublika Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan Yeliz Kaya ifadəsində diqqət çəkən iddialar səsləndirib. xəbər verir ki, yerli KİV-in məlumatına görə, Haluk Leventin köməkçis

.

Nəvai Moskvadakı qəzaya görə məhkəməyə verildi

Rusiyada məşhurlaşan Nəvai ləqəbli azərbaycanlı ifaçı Nəvai Bəkirov may ayında Moskvada baş vermiş yol-nəqliyyat hadisəsindən sonra şəhər infrastrukturuna vurulan zərərə görə məhkəməyə verilib. Bu barədə TASS məlumat yayıb

.

Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram

Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Axşam.az-a istinafdən xəbər verir ki, aktrisa "İki başlı" proqramında heç vaxt avtomobil idarə etmədiyini deyib. O, sürücü ilə hərəkə

.

Məşhur müğənninin qardaşı saxlanıldı

İstanbul Anadolu Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində Şile Bələdiyyəsinə dair yeni əməliyyat keçirilib. xəbər verir ki, İstanbul və İzmir şəhərlərində eyni vaxtda həyata keçirilə

.

50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram

"Bahalı brendə məxsus saata heç vaxt 50 min dollar vermərəm. Amma həyat yoldaşıma 50 min dollara zinət əşyası almaq mənim üçün asandır". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalaro

.

Saxlanılan Haluk Leventdən ilk açıqlama - 'Zaman hər şeyi göstərəcək

Türkiyədə istintaq çərçivəsində saxlanılan müğənni Haluk Levent sosial media hesabında paylaşım edərək haqqında yayılan iddialara münasibət bildirib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Levent şəxsi həyatı ilə Ahba

.

Mardinli Merilin Monro' həbs edildi

Türkiyənin Mardin şəhərində "Mardinli Merilin Monro" ləqəbi ilə tanınan Melek Akarmut saxlanılıb. 50 yaşlı Melek Akarmutun sosial media hesabında 15 iyul 2016-cı il çevriliş cəhdi ilə bağlı cinayət tərkibli olduğ

.

Müğənninin Azərbaycandan çıxışına 'stop' qoyulub

Müğənni Mehin Hümbətovanın ölkədən çıxışına qadağa qoyulub. xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb. O bildirib ki, yay tətilinə də heç yerə gedə bilmir:. "2 aydır ölkədən çıxa bilmirəm. "Stop"u

.

ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama

Müğənni Nuran ilə ARB TV arasında gərginlik yarandığı iddia olunub. xəbər verir ki, bu barədə müğənni özü məlumat verilib. Məlumata görə, buna səbəb müğənninin öncədən lentə alınmış görüntü və açıqlamalarının heç bir rəsm

turlar.az

yemek reseptleri gelinlikler donlar 2026 dermanlar hicab modelleri bakirəliyin pozulması yoğun bağırsaq xəstəlikləri kosmetika usaq seirleri kahfe fali novruz bayramina aid hakisdalar pizza baliq burcu