Bayramda aldığımız kiloları necə verək? – mütəxəssis AÇIQLADI
Novruzda hər birimizin bayram süfrəsini növbənöv şirniyyatlar, milli yeməklərimiz bəzəyir. Bayramda bolluca paxlava, şəkərbura, qoğal, badambura və saymaqla bitməyən şirniyyatlardan yeyib, kefini çıxartdıq. Lakin bayramda qida rejimi pozulduğuna görə, bu orqanizmdə müəyyən fəsadların yaranmasına səbəb ola bilər.
Maraqlıdır, bəs, bayramdan sonra necə qidalanmalıyıq?
Milli.Az bildirir ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, bayram günmlərində qida rejimi pozulduqda, xüsusilə yemək yemə saatları dəyişdikdə orqanizmdə həzm problemləri yaranır və maddələrdə mübadiləsi pozulur.
Onun sözlərinə görə, bunu bərpa etmək üçün daha tez həzm olunan, kalori miqdarı aşağı olan qidalara üstünlük vermək lazımdır:
"Qida miqdarı isə mütləq şəkildə orqanizmin günlük fiziki aktivliyinə, yaşa və cinsə görə planlaşdırılmalıdır. Səhər yeməklərində daha çox süd məhsulları və yumurta istehlak etmək lazımdır. Axşam isə qızartma, ağır yağlı və duzlu qidalardan uzaq durmaq vacibdir. Eyni zamanda qəbul edilən su miqdarı da çox önəmlidir. Çünki su qəbul olunmuş artıq çəkini, həzm sistemində yaranan problemləri aradan qaldırır. Gün ərzində 7-8 stəkan su içmək lazımdır. Axşam saatlarında ağır qida istehlak etmək olmaz. Bunun yerinə tez həzm olunan yüngül qidalara üstünlük vermək lazımdır. Mümkün qədər şirniyyatlardan uzaq durmaq lazımdır. Əgər istehlak edilsə, mütləq günün birinci yarısında 150 qramdan çox olmamaq şərtilə istehlak edilsə, daha faydalı olar və enerjiyə çevrilər".
Milli.Az









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri