Bel çəkdirmək - Cəfəngiyatla "müalicə"

Bel çəkdirmək - Cəfəngiyatla "müalicə"Hal hazırda cəmiyyətimizdə sonsuzluq çox ciddi həm tibbi, həm də sosial problemə çevrilib.

Uzun illər ərzində sonsuzluğu müalicə edən və heç bir nəticə almayan ailə cütlükləri çoxdur. Təəssüf ki, belə ailə cütlüklərin vəziyyətlərindən süi-istifadə edərək haram pul qazanan insanlar də az deyil. Bu insanların bir hissəsini müxtəlif "şəfavericilər", "ara həkimlər" təşkil edir. Bu insanların böyük əksəriyyəti insan anatomiyası və fiziologiyasından tam bixəbərdir. Belə "həkimlər" sonsuzluğu yalnız bir üsulla "bel çəkdirməklə" müalicə edir. Sonsuzluğu olan qadın müraciət etdikdə, "şəfaverici" ilk baxışdan ona "bel boşluğu" diaqnozu qoyur. Bu diaqnozun "mənasını" soruşduqda isə heç bir məntiqli izahat vermir. "Şəfavericilərin" elmdən, tibbdən və ümumillikdə adi məntiqdən uzaq olan ifadələrdən belə anlamaq olur ki, sonsuzluğun yeganə səbəbi qadında belin "zəif" olmasıdır. Onlar isə bu zəifliyi aradan götürür, əyri uşaqlığı düz edir, "yerinə qoyurlar". Bu cəfəngiyatdır.

İlk növbədə qadınların əksəriyyətində uşaqlıq kiçik çanaq boşluğunda ideal düz vəziyyətdə yerləşmir — uşaqlıq bir qədər qabağa, sidik kisəsi tərəfə əyilmiş olur. Bu normaldır. Lakin bir çox qadınlarda uşaqlıq bir qədər arxaya, sola və ya sağa doğru əyilmiş olur. Əvvəllər tibbdə uşaqlığın belə yerləşməsi sonsuzluğun səbəbi kimi qiymətləndirilirdi. Lakin tibb inkişaf etdikcə bu nöqteyi-nəzərin yanlışlığı sübut olunub. Özü-özündən uşaqlığın əyilməsi adətən sonsuzluğa gətirib çıxartmır. Bir çox hallarda qadınlar öz orqanizmlərin bu xüsusiyyətini heç bilmir və uğurla hamilə qalır və uşaq doğurlar. Yalnız çox ağır hallarda (belə hallara çox az rast gəlinir) qadında uşaqlığın anormal yerləşməsi sonsuzluğa səbəb ola bilər. Belə qadınlar düz bağırsağına olan təzyiq, omba sümüyündə ağrı hiss edir, qəbizlikdən əziyyət çəkirlər, onlarda menstruasiyalar ağrılı olur və s. Lakin bu halda uşaqlığın əyilməsi qadında olan digər pozulmalar nəticəsində meydana çıxır (infeksiyaların nəticəsində bitişmələrin əmələ gəlməsi, şişlər və s.) və əslində bu pozulmalar sonsuzluğun inkişafının əsl səbəbləridir.

Beləliklə, indi biz bilirik ki, uşaqlığın əyilməsi sonsuzluğun səbəbi sayılmır.

Keçirik növbəti cəfəngiyata. "Müalicə" zamanı "şəfaverici" qadının belini kip bağlamaqla onun uşaqlığını "yerinə qoyur". Əziz xanımlar, bu "üsulla" uşaqlığın yerini dəyişmək, onu "düzəltmək", qaldırmaq və s. mümkün deyil. Ancaq onurğa sütunu problemləri, ağrılar və s. problemlər qazanmaq mümkündür. Bu "əməliyyatı" keçən qadınların əksəriyyəti uzun müddər ərzində bel ağrılardan əziyyət çəkir...

Maraqlıdır ki, müasir zamanda, yüksək texnologiyalar olan dövrdə bizim cəmiyyətdə çöpçü, sınıqçı, "bel çəkdirmək" kimi anlayışlar qalmaqdadır və onlara inanan, üz tutan insanlar tapılır. Xaricilər demişkən, no comments. saglamolun.az

Xəbərlər     Baxılıb: 1945   Tarix: 04 oktyabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?

"Ev heyvanları bəzi insanlarda allergiya riskini artıra bilər". xəbər verir ki, bnunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərin

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu

Bağırsaq sağlamlığı təkcə həzm sistemi üçün deyil, həm də immunitet, enerji səviyyəsi və hətta psixi vəziyyətimiz üçün həlledici rol oynayır. Elm sübut edir ki, bağırsaq mikrobiomumuzu (orada yaşayan faydalı bakteriya v

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

turlar.az

geymler 2026 makiyaj etmek qaydalari donlar 2026 bürclərin sevgi cədvəli mede tursusu qaşların formalari fantaziya kosmetika klitor toyuq salati veten haqqinda bayatilar oxatan seksi