Belə qarpızları almayın - Zəhərli qarpızın əlamətləri - FOTO

Belə qarpızları almayın - Zəhərli qarpızın əlamətləri - FOTOQarpız hamının xoşladığı məhsul olsa da, bəzən onun fəsadları ilə üzləşməli oluruq. Qarpız zəhərlənməsi yayda ən çox rast gəlinən qida zəhərlənmələrindən sayılır.
Bəs bundan qorunmaq mümkündürmü? Zəhərlənmədən necə qorunmaq olar? Mütəxəssislər hesab edir ki, qarpız zəhərlənməsi daha çox onun tərkibində nitratların miqdarının çox olmasından qaynaqlanır.
Qarpızın iç qabığının sarı rəngdə olması onun tərkibində nitratların miqdarının çox olmasına dəlalət edir.
Eyni zamanda qarpızın lətli hissəsində sarı zolaqların olması bu qarpızda nitratların çox olmasının göstəricisidir.
Qarpızın içində boşluq varsa, bu da pis əlamətdir. Bu qarpızdaa böyümə hormonların olmasına içarı edə bilər. Belə qarpız da zəhərlənməyə səbəb ola bilər.
Qarpızın üzərində deşiklər varsa, bu qarpıza nitratların iynə vasitəsi ilə yeridilməsinin əlaməti ola bilər. Belə halda qarpızı kəsəndə bu izlər lətin üzərində də olur.
Milli.Az E-tibb.az-a istinadən bildirir ki, çox böyük ölçülü, eyni zamanda içində böyük boşluq olan qarpızı da yemək düzgün sayılmır. Bildirilir ki, çox böyük qarpız böyümə hormonları, çoxlu kimyəvi maddələr, gübrələr sayəsində bu hala gəlir. Ona görə də qarpız alanda nisbətən kiçik ölçülü olanları seçmək lazımdır.
Qarpızı yoxlamaq üçün yeməzdən əvvəl bir hissə kəsib suya qoymaqla yoxlamaq olar. Su parlaq çəhrayı rəng alsa, bu, qarpızda nitratın çoxluğuna və təhlükəli olduğuna işarədir.
Gözəl görünən qarpızlar aldadıcı ola bilər. Qarpız seçərkən onun yüngül, yoxsa ağır olması da nəzərə alınmalıdır. Ələ alanda daha ağır gələn qarpızları seçmək lazımdır.
Saplağı yaşıl yox, quru olan qarpızlar daha keyfiyyətli sayılır. Saplağı olmayan qarpızları isə almaq məsləhət görülmür. Bundan başqa, kəsilmiş qarpızı almaq düzgün hesab olunmur.
Qarpız zəhərlənməsinin olduğunu necə bilmək olar?
Mütəxəssislərə görə, qarpız zəhərlənməsinin gizli dövrü 2-4 saat çəkir. Qarpız zəhərlənməsi varsa, bulantı, köp, ishal, baş ağrısı, baş gicəllənməsi, titrətmə, qızdırma, çox tərləmə, ürək ritminin pozulması, ümumi halsızlıq kimi əlamətlər yaranır. Bu əlamətlər varsa, mütləq həkimə müraciət etmək lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1324   Tarix: 15 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

sac duzumleri qadin dunyasi geyim necə seçməli bürclər xanımlar yay paltarlari 2026 badimcan tursusu hazirlanmasi kosmetika hakisda bayatı hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz atalar sozu novruz haqistalari