"Bəlkə Şuşaya yalnız hicab və çalmada gedək?

Şuşa işğaldan azad olunandan sonra ora baş tutan istənilən səfər müzakirəsiz ötüşmür. Təəssüf ki, bu müzakirələr heç də pozitiv deyil. Belə ki, Şuşaya gedənlərin gah geyimi, gah əylənib şəkil çəkdirməsi, gah da kiminsə spirtli içki qəbul etməsi müzakirə olunur. Bütün bunlar soail şəbəkələrdə geniş müzakirə, tənqid, hətta təhqirlərə səbəb olur. Son müzakirə mövzusu isə Şuşaya bloger və müğənnilərin səfəri oldu. Onların geyim tərzi bir çoxları tərəfindən birmənalı qarşılamadı. Əksəriyyət bloger və müğənniləri daha münasib geyinə bilərdilər deyə qınadılar. Bir qism sosial şəbəkə istifadəçiləri isə daha da irəli gedib şəhid qanı ilə alınan torpaqlara bloger, müğənni, ümumiyyətlə, şou adamlarının ayaq basmasını doğru saymadıqlarnı dedilər: "Əsgərlər qan töküb torpaq alıb ki, blogerlər, müğənnilər gedib şəkil çəkdirsin?!"
Bəs Şuşa səfərləri ilə bağlı bu cür xoşagəlməz müzakirələrin səbəbi nədir? 
Bununla bağlı fikirlərini News24.az-la bölüşən millət Vəkili Fazil Mustafa hesab edir ki, hər kəsin öz həyat tərzi var və buna qarışmaq, onlara nəyi və necə geyinməyi diqtə eləmək doğru deyil: "Biz insanları geyim tərzinə görə yox, əməl və niyyətlərinə görə mühakimə edə bilərik. Əsas məsələ odur ki, ora nə niyyətlə gediblər? Gediblər ki, Şuşanı görsünlər. Niyə bu insanlar hamısı təftişçi olub? Hamı hər şeyə qarışır. İnsanların geyim tərzini pis yozmağın nə mənası var? Hər kəs geyiminə, yaşam tərzinə görə özü məsuliyyət daşıyır. Heç kim öz həyatını yaşamır. Onları ancaq başqaları maraqlandırır. Mühakimə edənlərin özlərinin imkanı yoxdur. Olsa, onlardan da pis geyinərlər. Hamı özünə bir vətənpərvərlik modeli tapıb. O modelin içində özlərinin "müqəddəsliyini" göstərmək istəyirlər. Ümumiyyətlə, bu cür müzakirələr, mübahisələr, yanaşmalar olmamalıdır. İndi kimsə orda açıq-saçıq şəkil çəkdiribsə, ayağı görünübsə, nə edək? Gedək örpək götürüb üstünü örtək?"
Deputat sosial şəbəkə istifadəçilərinin "Əsgərlər qan töküb torpaq alıb ki, blogerlər, müğənnilər gedib şəkil çəkdirsin?" şərhinə də münasibət bildirib: "Azərbaycanda şəhid qanı hara tökülməyib ki? Bakıda şəhid qanı tökülməyib? Bakıda 20 Yanvarda, 30-cu illərdə Gəncədə tökülən qanlar nə idi bəs?  Hər yerdə şəhid qanı tökülüb də. Onda belə çıxır ki, Bakıda əylənmək olar, Şuşada olmaz? Bir məkanı müqəddəsləşdirib, digərini qeyri-müqəddəs məkana çevirmək yanlış düşüncənin məshuludur. Şəhid qanı min illərdir tökülür. Bunu indi gündəlik rituala çevirə bilmərik ki... Belə absurd yanaşmaları müzakirədən çıxarmalıyıq. Daha çox vətənpərvər görünmək üçün bu fikirləri meydana çıxarırlar. Müharibədə şəhid də olur, qazi də".
Millət vəkili Razi Nurullayev da hesab edir ki, oxşar düşüncələrin absurd və mənasız olduğunu bildirib: "Belə çıxır ki, biz Şuşanı qurub-yaratmalı, sonra da Corc Oruellin "1984" adlı romanında olduğu kimi ora ayaq basan hər kəsi kamera ilə izləməli, hətta nə düşündüyünü belə bilməliyik? Ümumiyyətlə, gəlin öz vətəndaşlarımız daxil Şuşaya gediş üçün viza rejimi tətbiq edək və kim aylarla çarpışmadan və mübarizədən sonra viza ala bilsə, ora getsin. Şuşada siqaret çəkmək, içki içmək, qısa geyinmək, mahnı oxumaq, deyib-gülmək olmaz. Şuşaya nə bloger, nə müğənni, nə də şou əhli getsin. Ümumiyyətlə, gəlin onları ölkədən qovub çıxaraq. Şuşanı bağlı məkan, ya da Şəhidlər şəhəri elan edək, olsun Şəhidlər xiyabanı. Nə restoran olsun, nə də hotel. Ora ancaq hicablı xanımlar və çalmalı kişilər gedə bilsin. Bəlkə Şuşada İranın konsulluğunu da açaq? Bəs onda Şuşa, Şəhidlər xiyabanı kimə lazımdır? Şəhidlərimiz ona görə qan axıdıblar ki, vətəndaşlarımız orada xoşbəxt, azad və sərbəst yaşasın. ". 
Deputat onu da bildirib ki, Şuşa bizim üçün əziz şəhərdir, amma həm də digərləri kimi bir Azərbaycan şəhərdir: "Şəhidlərimiz Şuşa ilə bərabər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Ağdam, Hadrut və Kəlbəcərdə də qan axıdıblar. Ümumiyyətlə, Şuşa adı ilə bağlı qəbul olunan qərar da ürəkaçan deyildi. Niyə biz qadağalara meyllənirik? Onsuz da ölkəmiz elə qadağalardan ibarətdir.  Bir qadağanı qanunlarımız qoyur. Qanundan da kəskin qadağanı dinimiz qoyur. Dinimizdən də kəskin qadağanı adət-ənənəmiz qoyur. Adət-ənənəmizdən də kəskin qadağanı yazılmayan qanunlarımız qoyur. Nədən bu ölkəni qadağalar diyarına çevirək? O olmaz, bu olmaz, onu etmə, bunu et, onu geymə, bunu gey, onu yemə, bunu ye, onu içmə, bunu iç. Bu nə düşüncədir? Ölkəmizi hara yuvarlamaq istəyirlər?"

Şou Biznes     Baxılıb: 1882   Tarix: 14 avqust 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

35 yaşlı müğənni xərçəngdən öldü

Amerikalı müğənni Nikol Teylor vəfat edib. O 35 yaşında dünyasını dəyişib. Ona ilk dəfə 2022-ci ildə xərçəng diaqnozu qoyulub. Nikol Teylorun üçüncü mərhələli süd vəzi xərçəngindən əziyyət çəkdiyi bildirilib. Yaxşı müalic

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir

Türkiyədə rep musiqisinin tanınmış ifaçıları "Lvbel C5" (Süleyman Burak Bodur) və azərbaycanəsilli Asya Əlizadənin ifa etdiyi "Kahpe" mahnısı ilə bağlı cinayət işi üzrə ittiham aktı hazırlanıb. -a istinadə

.

Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu

Türkiyənin İstanbul şəhərində naməlum şəxslər məşhur "Teşkilat" serialının çəkiliş meydançasına daxil olmağa cəhd edərək əməkdaşlardan pul və avtomobil tələb ediblər. Tələbləri rədd edildikdən sonra isə çəkili

.

Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi

Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnıs

.

Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı

Keçən il sentyabrın 25-də Yalovanın Çinarcık rayonunda evinin pəncərəsindən yıxılaraq həyatını itirən türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaqda yeni iddialar ortaya çıxıb. -a istinadən xəbər veri

.

Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi

Xalq artisti Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib. xəbər verir ki, bəstənin musiqisi Aytən Əliyevaya, sözləri Ceyhun Məmmədova məxsusdur. Mahnının aranjiman

.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb

.

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib

Türkiyənin tanınmış müğənnisi Sertab Erener BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçün "One Home" ("Bir yuva") adlı xüsusi mahnı hazırlayıb

turlar.az

geyim dəbləri qaşların formalari geyim seçimi qadin psixologiyasi qadınlar süni doğuş biskvitli tort resepti kosmetika məsəllər bakire azerb clpaq qadinlari layla həmidə