Bənövşəni xalq təbabətində necə istifadə edirlər?

Bənövşəni xalq təbabətində necə istifadə edirlər?Xalq arasında dəvərəgöz bənövşə adı ilə adlandırılan bu çiçəyin elmi adı üçrəng bənövşədir(viola tricolor). Bu çiçək müxtəlif ölkələrdə müxtəlif cür adlandırırlır.
Tarixi
Bu çiçəyin tarixi Yaponiya və Çinə gedib çıxır. Bənövşə rənglərinin gözəlliyinə görə dünyada ən məşhur çiçəklərdən hesab edilir. Bu bitki barədə bir çox tarixi və müasir ədəbiyyatda da tez-tez rast gəlinir.
Əfsanələr və söyləntilər
Dəvərəgöz bənövşə haqqında çoxlu əfsanələr danışılır. Qədim Poma mifalogiyasında bənövşə heyrətin, sevginin, sevgiyə sadiqliyin rəmzi hesab edilir.
Qədim Rus əfsanələrində bu çiçəyi soyuqqanlılıqla öldürülmüş Anyutanın gözlərinə də bənzədirlər.
Başqa bir əfsanədə isə sevgilisindən zorla ayrı salınan qızın həsrətdən ölməsi və onun qəbrinin üstündə bu bənövşələrdən bitməsi barədə bəhs edilir.
Bir çox ölkələrdə dəvərəgöz bənöbşə ilə bağlı müxtəlif adətlər var. Məsələn, İngiltərədə sevgililər günündə bir-birlərinə bənövşə verirlər. Polşada qızlar öz nişanlıları və ya ərləri ilə uzun müddət həsrətdən sonra görüşdükdə onlara bənövşə verirlərmiş. Dəvərəgöz bənövşə bizim ədəbiyyatımızda saflıq, təmizlik və məsumluq mücəssəməsi kimi ifadə olunur.
Növləri
Üçrəng bənövşənin bir çox hibridləşmiş növləri var. Bunlardan ən məşhuru Vimmroka növüdür. Bənövşənin Vimmroko növü rəngləri və rənglərinin parlaqlığı ilə digər növlərindən seçilir. Seleksionerlər bənövşənin tez-tez yeni gözəl və uzunömürlü növlərini əldə edirlər. Bənövşə müxtəlif hava şəraitinə, müxəlif bölgələrə uyğun olaraq yetişirlər.
Bənövşənin əksər növləri ikiillik və çoxillik olur. Onların boyu 15-30 sm-ə qədər qalxa bilir, rənglərinin müxtəlifliyi ilə hamını heyran qoyur. Bənövşə növündən asılı olaraq aprel ayından sentyabr ayına qədər çiçək açır.
Əkilməsi və qulluq edilmə qaydaları
Bənövşə toxum və ya körpə şitillər vasitəsilə yetişdirilir.Adətən onu yazın ilk gülərində əkirlər. May ayında əkilərsə o zaman onun çiçək açması yubanır və gözəl çiçəkləri olmur. Onu əkərkən iqilimi nəzərə almaq lazımdır.
Bənövşə soyuğa, qara davamlı bitkidir. Onun toxumları torpağa sıçradıqda hava qızmar olmasa yenidən böyüyə bilir. Toxumları qar altında, suda donub qalmasa yenidən inkişaf etmək qabiliyyətinə malik olur. Bənövşə əkərkən onun müxtəlif növlərini müxtəlif yerlərdə əkmək lazımdır. Çünki, onlar bir-birinə çox yaxın olarlarsa o zaman tozlanma səbəbli əvvəlki kimi açmaya bilirlər. Bənövşə toxumlarını günəş şüaları və külək düşməyən yerdə qurutmaq lazımdır. Qurudarkən isə bəzən onları arabir çevirmək lazıçmdır ki, hər tərəfindəki nəmlik aradan qalxsın .Onun toxumlarını tam qurutduqdan sonra şüşə bankada 2 il saxlamaq mümkündür.
Bənövşənin yabanı növlərinə parklarda, xiyabanlarda, çəmənliklərdə, meşələrdə rast gəlmək mümkündür.
Bənövşə (Viola tricolor)nın Tərkibi
Dəvərəgöz bənövşənin tərkibi müxtəlif kimyəvi maddələrlə zəngindir. Onun tərkibində insulin, askorbin turşusu, salisil turşusu, C vitamini, efir yağları, tanin, alkoloid turşusu, violaementin, polisaxaridlər var. Bu bitki orqanizmə ödqovucu, disikqovucu, antiseptik təsir göstərir. Onun dəmləməsindən qadın xəstəlikləri, dəri xəstəlikləri, bronxit, soyuqdəymə, mədə-bağırsaq xəstəlikləri, sidik ifrazı sisteminin xəstəlikləri zamanı istifadə edilir. Tərkibində sink, selen və kaliumun çox olmasına görə ondan ən çox kosmetologiya sahəsində istifadə edilir.
Bənövşə (Viola tricolor)nın Xeyri
Qrip xəstəliyi zamanı 1 xörək qaşığı xırdalanmış quru bənövşə yarpaqlarını 1 stəkan qaynar suya salın 15 dəqiqədən az olmamaq şərti ilə qaynatmaq və soyutmaq lazımdır. Dəmləməni gündə 3-4 dəfə olmaqla yeməkdən əvvəl 1/3 stəkan içmək yuxarıda adları çəkilən xəstəliklərin sağalmasına səbəb olur.
Ümumi soyuqlama əlamətləri olduğu zaman termosa 1 xörək qaşığı xırdalanmış quru bənövşə yarpaqları tökülür və üzərinə 1 stəkan qaynar su əlavə edilib 6-8 saat dəmləməyə qoyulur. Alınan qarışımdan gündə 3-4 dəfə 2 xörək qaşığı içmək soyuqlama əlamətlərini aradan qaldırır.
Dəri xəstəlikləri zamanı bənövşə yağını dəriyə sürtmək xəstəliyin sağalmasına səbəb olur. Bənövşə yağını özünüz də ev şəraitində hazırlaya bilərsinixz. Bunun üçün 2 xörək qaşığı qurudulmuş bənövşə çiçəklərini və əməklöməci yarpaqlarını qaba qoyub üzərinə 150 ml zeytun yağı əlavə etmək lazımdır. Qarışımı 15 dəqiqə qaynadıb soyuduqdan sonra şüşə qabda soyuducuda saxlamaq lazımdır. Dəri xəstəlikləri zamanı salfetkanı bu yağda isladıb xəstə nahiyəyə qoyduqda əlamətlər aradan qalxır.
Qida sənayesində istifadəsi
Bənövşə çiçəklərindən ən məşhur lokumların hazırlanmasında istifadə edilir. Onun çiçəklərini çay kimi dəmləyib içşmək və ya dəm çaynikinə əlavə etmək olur.
Bənövşənin ləçəklərindən tortların və salatların bəzədilməsi məqsədilə də geniş istifadə olunur.
Kosmetologiyada
Kosmetologiya sahəsində ən çox bənövşənin yağından istifadə edilir. Bu yağ dəriyə qulluq vasitələri arasında ön sıralarda durur. Ondan kosmetik kremlərin, mazların, saçlara qulluq vasitələrinin hazırlanmasına geniş istifadə olunur.
Müxtəlif sahələrdə istifadəsi
Dəvərəgöz bənövşədən hazırlanan ekstrat ürək fəaliyyətini yaxşılaşdırır, ateresklerozun, damar xəstəliklərinin, dermatitlərin, psoriazın, eqzemanın sağalmasını sürətləndirir.
Bənövşə (Viola tricolor)nın Ziyanı
Sarı rəngli bənövşənin çiçəklərində təbii E 161- vikoloksantin boyası var. Bu maddə orqanizm üçün çox təhlükəli sayılır. Müalicə məqsədilə bu rəngdə olan çiçəklərdən istifadə etdikdə mədə-bağırsaq problemləri, allaergik reaksiyalar, selikli qişalarda iltihabi proseslər meydana çıxa bilir. Hepatitdən və qlomerulonefritdən əziyyət çəkən xəstələrə də bənövşə dəmləmələrindən istifadə etmək olmaz. Bəzən bənövşə dəmləməi ürəkbulanmaya, qusmaya və dəri səpgilərinə səbəb ola bilir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1471   Tarix: 28 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Xiyarın möcüzəvi faydaları

Yay mövsümünün ən çox istehlak olunan tərəvəzlərindən biri olan xiyar təkcə sərinləşdirici təsiri ilə deyil, həm də sağlamlığa verdiyi saysız-hesabsız faydalarla diqqət çəkir. Tərkibinin təxminən 95-97 faizi sudan ibarə

.

Buzlu içkiləri sevənlərə xəbərdarlıq

Buz hazırlanarkən gigiyena qaydalarına əməl edilmədiyi halda, buzlu içkilər bağırsaq infeksiyalarının mənbəyinə çevrilə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Asiyat Abdullayeva "RT"y

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur

Fransada aparılan və "European Heart Journal"da dərc olunan genişmiqyaslı araşdırma gündəlik istehlak etdiyimiz paketli qidalarda olan bəzi qoruyucu maddələrin ürək və damar sağlamlığı üçün ciddi risk yaratdığın

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

.

Keyfiyyətli kərə yağı necə seçilir?

İlk baxışda kərə yağı seçmək çox sadə görünür. Lakin praktikada "kərə yağı" adı ilə satılan məhsullar keyfiyyət baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bəzi istehsalçılar daha ucuz xammalda

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

Lavanda yağı əsasən Lavandula angustifolia (əsl lavanda) başda olmaqla, müxtəlif lavanda növlərinin çiçəklərindən əldə edilən təbii uçucu yağdır. Özünəməxsus xoş ətri və geniş istifadə sahələri sayəsində kosmetika, şəxs

turlar.az

kosmetoloq geyim şəkilləri sade makiyaj sekilleri bizim mətbəx seksual hereketler dunyanin gozellikleri kosmetika kosmetika vətən haqqında bayatı usaq seirleri qaynanaya aid bayatılarımızda vətən həsrəti faydalı maskalar