Bəy və gəlinin qanı təmizdirsə, onlar "Vağzalı"dan imtina etməzlər" - Əməkdar artist

Bəy və gəlinin qanı təmizdirsə, onlar Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun toylarda gənclərin "Vağzalı"dan imtina etməsi ilə bağlı səsləndirdiyi fikirlər gündəm olub.
azxeber.com xəbər verir ki, musiqiçi bəzi muğam ifaçılarını tənqid edərək onların hazırladıqları milli kompozisiyalarda "Vağzalı"dan istifadə olunmamasını sərt şəkildə qınayıb.
Əməkdar artist, xanəndə İlkin Əhmədov azxeber.com-a açıqlamasında Hüseyn Məhəmmədoğlunun tənqidini haqlı saydığını və bu cür halların yanlış olduğunu bildirib.
""Vağzalı" bizim tariximiz, kökümüz, mədəniyyətimiz, milli musiqi irsimizdir. Onun çıxdaş olunmasını mən də doğru saymıram. Təyyar Bayramovun, Babək Niftəliyevin, Mirələm Mirələmovun hazırladıqları çıxışların içində "Vağzalı" səslənir. Heç bir azərbaycanlı şüurlu şəkildə bundan imtina edə bilməz".
O deyib ki, "Vağzalı"dan imtina etmək olmaz: 
"Bunu edənlərə qəzəblənirəm, heyrətlənirəm. Bu halla rastlaşanda çox böyük təəssüf hissi keçirirəm. Mənə də bəzən belə bir çıxış hazırlamaq təklif olunur, amma imtina edirəm. Razıyam ki, toyum, məclisim az olsun, nəinki bizim musiqimizin yaraşığı olan, tüklərimizi biz-biz edən, qəlbimizi riqqətə gətirən, bizi kövrəldən, ağladan, duyğulandıran, bəzən də keçmişə qaytaran, gələcəyə ümid yaradan belə gözəl musiqi əsərinə etinadsız yanaşım".
Əməkdar artist bildirib ki, bu kimi hallara qarşı hər kəs bir olub etiraz etməldiir:
"Əminəm ki, bu hal çox davam etməyəcək. "Vağzalı" bizim toylarımızın himnidir. Bunu hər zaman demişəm və sözümün üstündə dururam. Əgər bəy və gəlinin qanı, geni təmizdirsə, onlar "Vağzalı"nı seçəcəklər. Bu da onlara böyük məsuliyyət hissi verəcək.
Bu məsələyə təkcə sənətkarlar yox, toy sahibləri, ağbirçəklər, ağsaqqallar da reaksiya verməlidir. Müasirləşmək o demək deyil ki, "Vağzalı"nı unudaq. Sonra da kimsə gəlib desin ki, o da bizimdir. Buna yol vermək olmaz!".
Aysel Hacızadə

Şou Biznes     Baxılıb: 953   Tarix: 01 may 2026
f Paylaş

Oxşar xəbərlər

.

"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov

Əməkdar artist Gülüstan Əliyeva və müğənni Eldəniz Məmmədov "Xəzər axşamı" verilişində qonaq olublar. Sənətçilər proqram zamanı onlara ünvanlanan "2 milyon manatınız olsaydı, nə edərdiniz?" sualını cavablandırıblar

.

"Vanlı Kara Haydar"ın işindən xəbər var

Sosial mediada "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz Tançalan İstanbulda saxlanıldıqdan sonra Van şəhərinə aparılıb. Çağla Öz Tançalanın İstanbuldakı prosedurları başa çatıb

.

Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü

.

Tatlısesin son görüntüsü - sevənləri kədərləndi - Foto

Türk musiqisinin unudulmaz simalarından biri olan İbrahim Tatlıses yay tətilini keçirdiyi Çeşmədə görüntülənib. qafqazinfo-ya istinadən xəbər verir ki, İzmirin məşhur istirahət məkanlarından biri olan Ilıcadakı bir məkand

.

Elnarə Xəlilova da iynə ilə arıqlayır

Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. . Sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. . E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib.  /

.

Zaur Kamalın səhhətində problem yarandı

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü

.

Elnur Məmmədov süni intellektlə 70 yaşında: 'Bu bir aşksa' təqdim edildi

Sevilən müğənni Elnur Məmmədov dinləyicilərinə yeni layihəsini təqdim edib. . xəbər verir ki, ifaçı "Bu bir aşksa" adlı növbəti mahnısını və ona çəkilən maraqlı klipini sevənlərinin ixtiyarına verib. Musiqisi v

.

Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi

Əslən azərbaycanlı olab tanınmış rusiyalı reper Nəvai (Nəvai Bəkirov) Moskvada aşırdığı işıqfora görə şəhərin Yol Hərəkətinin Təşkili Mərkəzinə 91.2 min rubl (1 800 manat) təzminat, həmçinin 4 00 rubl (79 manatı) dövlət rüsum

.

Yusif Mustafayev 17 kiloqram arıqlayıb

Əməkdar artist Yusif Mustafayev 17 kiloqram arıqlayıb. xəbər verir ki, sənətçi bu barədə "1001 Şou" verilişində danışıb. O, 103 kiloqramdan 86 kiloqrama qədər arıqladığını bildirib:. "Plan qoymuşam, özümü arıqladıram

turlar.az

yay geyimləri 2026 makiyaj etmek qaydalari reseptler yuxu yozmalar goyemin faydalari gundelik burcler qara noqteler ucun uz maskalari kosmetika novruz bayramına aid hakışda xocali həsən bəy zərdabi tanisliq vusale elizade