Beyində qan dövranı pozulması - Kimlərdə baş verir?

Beyində qan dövranı pozulması - Kimlərdə baş verir?Beyin qan dövranın pozulmasının birinci əlaməti yüksək təzyiq və damarların keçiriciliyinin pozulması, ateroskleroz problemləridir.
Milli.Az bildirir ki, insanda bu simptomların formalaşmasının kökündə düzgün qidalanmamaq durur: hədsiz yağlı, duzlu yeməklər, xəmir məmulatları, şirniyyat, qəhvə, içki - damarların entotelində xolesterin düyüncüklərini toplayır.
Elə adam var, vaxtında məlumatlı olduğundan dərman və təbii vasitələrdən istfadə edərək toplanmış xolesterin düyünlərini hələ bərkiməmiş damarlardan çıxara bilir. Bununla da müəyyən mənada özünə kömək edir.
Qaraciyərin piylənməsi də damarlarda keçiriciliyi azalır, qan qatılaşır, dövran pozulur.
Bu hal illərlə davam etdikdə damarlar sıxılır. Beyinə qan normal getmir. Xüsusən baş yuxarıda olduğundan ora qanı qovmaq da damar üçün çətinləşir.
Əvvəlcə təzyiq oynayır, hətta ayda bir dəfə təzyiq 160-180-ə qalxıb, hipertonik kriz yaradırsa, xəstə həmin vaxt artıq qan və damarların yoxlanmasını düşünməlidir. Qanın analizi ilə lipid səviyyə, xolesterin, qaraciyər piylənməsi kimi məqamlar yoxlanmalıdır.
Buna fikir vermədikdə o artıq hipertoniya xəstəsinə çevrilir: insanda beyin zəifləyir, yaddaş pozulur, beyinə qan işləmir, ötüb-keçən insult krizləri olur - xəstə bir səhər oyanır ki, əli tutulub, gözü 1-2 saatlıq dumanlanıb, ətraflar sıxılır. Səhər başı gicəllənir, qusma olur, 1-2 saatdan sonra keçir. Xəstə də bundan arxayın olur, həkimə getmir.
Bunlar artıq beyin qan dövranı sisteminin pozulmasını göstərir.
Ən sonda xəstə insult olur.
Azərbaycanda ən çox rast gəlinən forma işemik insutdur.
İnsult önü vəziyyətin əlamətləri bunlardır:
xəstədə küt baş ağrısı, baş gicəllənmə, gözün qaralması, əzginlik, depressiv hal, yorğunluq, başda sıxılmalar. 1 həftə bu simptomlardan sonra insan ya gecə yatıb səhər oyananda görür ki, əli-ayağı işləmir, ya da bərk əsəbləşib, stres fonunda birdən birə insult olur.
İnsultun hansı arteriyada baş verməsindən asılı olaraq zədələnmələri olur: birtərəfli iflic, nitq pozğunluğu, qabıqaltı düyünlər də zədələnərsə amneziya olur, nitq tamam itir, üzün, dilin əyilməsi, udqunma pozulur. Beyin kötüyünü tutduqda daha ağır fəsadlar verir, xəstə komaya düşür, huşunu itirir. Çox ağır patologoyadır. Ondan sonra xəstənin tam sağalması çətin olur, əlil olur.
Ona görə əgər insan özündə bu əlamətləri müşahidə edərsə yubanmadan həkimə müraciət etməlidir: yaddaşsızlıq, huşsuzluq, möhkəm başağrıları, səhər oyananda əl-ayağında keyləşmə, uyuşmalar, halsızlıq, səhərlər ürəkbulanma.
Şəkərli diabet xəstələri də risk altındadır, onlarda damar problemləri də çox yaranır, damar tutulur. Daha sonra ürək patologiyaları yaradır. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 900   Tarix: 30 noyabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sade makiyaj sekilleri qadın geyimi donlar 2026 zirinc faydalari qizi ehtiraslandiran sozler qarağatın faydaları qonaq otagi dizaynlari kosmetika efsaneler yuxuda qara ilan gormek uşaq şeirləri xanim.az yemekler