Beyinin fəaliyyətini yaxşılaşdıran qidalar

Beyinin fəaliyyətini yaxşılaşdıran qidalarAraşdırmalar sübut edir ki, bəzi qidaların daim qəbulu insanın əqli fəaliyyətini və yaddaşını yaxşılaşdırır, streslə mübarizədə kömək edir, əhval-ruhiyyəsini yaxşılaşdırır.
Umumillikdə bu qidaların qəbulu beyini sağlam vəziyyətdə saxlamağa kömək edir.
Beləliklə, bizim beynimiz bu məhsulları "xoşlayır":
- Balıq və digər dəniz məhsulları (krevet, istridiyə və s.) beyin üçün olduqca xeyirlidir. Bu qidaların tərkibində olan əvəzedilməz omeqa 3 yağlı turşular beyinin fəaliyyəti üçün "hava kimi" lazımdır.
- Giləmeyvələrin bir çox hissəsi "antioksidant" adlandırılan maddələrlə zəngindir. Bu maddələr sərbəst radikallarla mübarizə aparır. Sərbəst radikallar insan orqanizminin hüceyrələrini zədələyən atomlar toplusudur. Həkimlər məhz onları xərçəngin inkişafında, ürək-damar sistemi xəstəliklərində, qocalıq ağıl zəifliyində "günahlandırır".
- Qoz-fındıq beyin üçün çox xeyirlidir. Bu məhsulların arasında beyin üçün ən faydalı olan qozdur.
Qoz-fındıq dedikdə biz həmçinin araxis, keşyu, badam və s. nəzərdə tuturuq. Onlar da omeqa 3 və omeqa 6 yağlı turşularla zəngindir. Bundan əlavə onlar B6 və E vitaminlərinin zəngin mənbəyidir. Qoz-fındıq beyinin fəaliyyətini yaxşılaşdırır, insanın əhval-ruhiyyəsini qaldırır, depressiyadan çıxmağa kömək edir. Bu səbəbdən həkimlər əqli fəaliyyəti ilə məşğul olanlara, məktəbdə oxuyan uşaqlara və tələbələrə bu məhsulları hər gün qəbul etməyini tövsiyə edirlər (gün ərzində bir ovuc qoz-fındıq kifayətdir).
- Günabaxan, kətan, küncüt, balqabaq tumları yaddaşı möhkəmləndirir, beyinin fəaliyyətini yaxşılaşdırır.
- Müxtəlif dənli bitkilər fol turşusu və B qrupu vitaminləri ilə zəngindir ki, insanın yaddaşını və umumillikdə insanın zehnini yaxşılaşdırır. Dənli bitkilərin arasında beyin üçün ən xeyirli olanlar bunlardır - yulaf yarması, arpa yarması, qəhvəyi düyü və s.
- Tünd şokolad beyinin əsas "dostlardan" biri sayılır. Bu növ şokolad antioksidantlarla zəngindir. Şokolad insanın diqqətini va yaddaşını yaxşılaşdırır, beyini qan təchizatına müsbət təsir edir.
- Yumurta zülal və A, D, E, B qrupu vitaminlərlə, lesitinlə zəngindir. Bu maddələr beyində yaşla əlaqəli olan dəyişikliklərlə mübarizə aparır.
- İspanaq, kahı, brokkoli kələmi, avokado, sarımsaq, kök, pomidor, üzüm da beyinin funksiyalarına çox müsbət təsir edir.
- Ekzotik karri ədviyyatı antioksidantlarla zəngindir ki, beyinin qocalması ilə mübarizə aparır.
- Qəhvə də beyinin fəaliyyətini yaxşılaşdırır və stimullaşdırır. Qəhvənın gündəlik qəbulu (təbii ki, az miqdarlarda - 1-2 fincan gün ərzində) Alsqeymer xəstəliyi kimi ağır xəstəliyin profilaktikasıdır. Alsqeymer xəstəliyi adətən yaşlı insanlarda inkişaf edir. Bu xəstəlik zamanı beyinin hüceyrələri kütləvi şəkildə məhv olur ki, nəticədə ağıl zəifliyi inkişaf edir.
- Yaşıl çay xüsusi maddələr "katexinlər" (beyini tonuslaşdırır) və antioksidantlarla zəngindir. Gün ərzində 2-3 yaşıl çay fincanı qəbul edə bilərsiniz.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1998   Tarix: 28 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

turlar.az

gözəllik məhsulları gelinlikler toy gecesi ayaqda qabar şəxsi inkişaf meslehetler elaci kosmetika oyunlar hakışta rus dilini öyrənək cinsi elaqe atalar sozu