Beyni gücləndirən vasitələr

Beyni gücləndirən vasitələrİnsanı digər canlılardan fərqləndirən əsas cəhət onun şüurlu olmasıdır. Beyin mərkəzi sinir sistemini idarə edən orqandır və düşüncə, qavrama və həyat tərzinin təminatçısıdır. Mütəxəssislər beynin normal inkişafının ilkin mərhələsi olaraq ana bətnində müayinə olunmağı məsləhət görürlər. Bu, gələcəkdə uşaqda yaranan zehni qüsurların qarşısını almaqda yardımçı ola bilər.
Milli.Az bildirir ki, həkim-nevropatoloq Sevinc Salamova AZƏRTAC-a deyib: "Kiçik bir problem gördükdə mütləq şəkildə nevroloqa və uşaq psixoloquna müraciət olunmalıdır ki, problem dərinləşməmiş olsun. Həmin dövrdə onu aşkara çıxarıb müalicə etmək daha asandır".
Qeyd edək ki, insan 30 yaşını keçdikdən sonra beyin yaşlanmağa başlayır və bu, yaddaş problemləri olaraq özünü büruzə verir. İntellektual oyunlar məntiqin və strateji düşüncənin inkişafına şərait yaradır. Bura şahmat, domino, qolf oyunlarını aid etmək olar. Həmin oyunlar beyni 10 faizdən daha çox sürətlə düşünməyə vadar edir. "Daimi olaraq nəyisə öyrənmək, nəyisə araşdırmaq sahəsində çalışmaq sinir sisteminin aktiv olmasına səbəb olur",- deyə həkim-nevropatoloq bildirib.
Yaşıl meyvə-tərəvəz, eləcə də balqabaq və onun tumu beynin fəaliyyətinə müsbət təsir göstərir, yaddaşı gücləndirir, zehni əməklə məşğul olanların iş məhsuldarlığını artırır. Alimlər 50 yaşdan sonra aydın zəkanı qorumaq üçün az yeməyi tövsiyə edirlər: "Qida menyusunda lobya, banan, alma və digər qidalara, karbohidratlarla zəngin məhsullara üstünlük verilməlidir. Yağlı balıqların istehlakı sinir sisteminə yaxşı təsir edir".
Mütəxəssislərin digər bir araşdırmasına görə, musiqi beyinə unikal formada təsir edir. Rəqs etmək, musiqi dinləmək və ya ifa etmək beynin aktiv çalışmasına səbəb olur, çünki musiqi beyin hüceyrələri, onun strukturu arasında əlaqənin inkişafı üçün əvəzolunmaz vasitədir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1064   Tarix: 28 noyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

qadin sayti gelinlikler geyim və ayaqqabılar daban agrisi sizanaga qarsi maskalar 1 hefteye 5 kq ariqlamaq göyəmin faydası kosmetika gunay vətən həsrətinə aid bayatılar maraqli hakistalar cinsi əlaqə novruz haqistalari