Beyni qidalandırıb, yaddaşı möhkəmləndirən məhsullar
Psixiatr və diyetoloq Uma Naidu beyni gənc saxlamağa kömək edəcək dörd vacib komponentin adını çəkib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, bu barədə "cnbc.com"a danışıb.
Naidu izah edib ki, beyin sağlamlığı üçün ilk növbədə düzgün qidalanma vacibdir. Onun sözlərinə görə, qida bağırsaqlara daxil olduqda, onu ayrı-ayrı maddələrə parçalayan milyonlarla bakteriya ilə qarşılıqlı əlaqədə olur. Əgər onlardan hər hansı biri çatışmazsa, bu, insanın bütün daxili sistemlərinə və orqanlarına, o cümlədən beyinə təsir edəcək. Bir çatışmazlığın qarşısını almaq üçün o, ilk növbədə pəhrizdə lif miqdarını artırmağı və daha çox tərəvəz, paxlalılar və kətan toxumu yeməyi tövsiyə edib. Naidu polifenolları da beyin sağlamlığında ikinci vacib tərkib hissəsi adlandırıb. Onun sözlərinə görə, bu maddələr güclü antiinflamatuar təsirə malikdir və yerkökü, qaragilə, zeytun və çiyələk kimi rəngli bitkilərdə olur.
Naidu əmindir ki, probiyotiklər sağlam beyin üçün başqa bir vacib elementdir. O qeyd edib ki, probiyotiklər fermentləşdirilmiş qidalardır və onlar orqanizmdə iltihabı azaldır.
Naidu göyərti və ədviyyatları beyin üçün faydalı olan dördüncü tərkib hissəsi adlandırıb. Onun fikrincə, bir çox insan bu məhsulları sağlamlıq üçün əhəmiyyətsiz hesab edir. Lakin reallıqda sarıkök, istiot, kəklikotilik, cəfəri, zəncəfil, sarımsaq və digər ədviyyatlar yeməklərə ləzzət verməklə yanaşı, həm də antioksidant təsir göstərir.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi