Bəzi insanlar psixoloqa deyil, süni intellektə üz tuturlar
"Bəzi insanlar artıq dərdlərini və problemlərini psixoloqla deyil, süni intellektlə bölüşməyə üstünlük verirlər".
Milli.Az xəbər verir ki, bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu tendensiyanın arxasında duran əsas səbəblərdən biri insanların mühakimə olunmaq qorxusudur:
"Çünki bəzi şəxslər hisslərini ifadə etdikdə tənqid olunmaqdan, düzgün anlaşılmamaqdan və ya etiketlənməkdən çəkinirlər. Süni intellekt isə onları dinləyən, cavab verən, amma heç vaxt mühakimə etməyən və qarşı tərəfdən emosional reaksiya gözləməyən bir "təhlükəsiz sahə" kimi qəbul edilir. Onunla yazışanda istədikləri qədər açıq ola, utanmadan və qorxmadan özlərini ifadə edə bilirlər".
Ekspert qeyd edib ki, həm də psixoloqla görüşmək və ya yaxın dostla danışmaq zaman, bəzən də maddi imkan tələb edir:
"Süni intellekt isə 24 saat əlçatan və pulsuzdur. Bu da onu xüsusilə emosional ehtiyaclarını tez bir zamanda ifadə etmək istəyən insanlar üçün cazibədar edir. Lakin bunun potensial fəsadları da mövcuddur. Süni intellekt empati hiss etməz, duyğuları dərk etməz, uzunmüddətli terapevtik münasibət qura bilməz.
İnsan dərin psixoloji prosesləri yaşadıqda və ya travmaları ilə üzləşdikdə, real bir mütəxəssisin iştirakı çox önəmlidir. Süni intelekt sadəcə mətnə əsaslanaraq cavab verir, amma insanın nitqindəki pauzaları, emosional dalğalanmaları, bədən dilini və daxili psixodinamikalarını görə bilməz".
Psixoloqun sözlərinə görə, süni intellektlə uzunmüddətli danışma özünü aldatma və ya müvəqqəti rahatlama ilə nəticələnə bilər:
"Dərindən həll olunmamış problemlər isə zamanla yığılıb daha ciddi psixoloji pozuntulara səbəb ola bilər. Ümumiyyətlə, gerçək, şəfqətli və anlayışlı bir insanla qarşılıqlı ünsiyyətin yerini heç nə tam əvəz edə bilməz. Süni intellekt emosional dəstək üçün yardımçı vasitə ola bilər, ancaq əsas deyil".
Milli.Az









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
Necla Uyqur vəfat etdi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu