Bəzi uşaq xəstəliklərində təbii müalicə
Müasir dövrün müalicə çətinliklərini nəzərə alaraq bir sıra uşaq xəstəliklərinin xalq təbabəti yolu ilə müalicəsi barədə məlumat verməyi faydalı hesab edirik.
Uşaqlarda ishal baş verərsə, ona armud dəmləməsi kömək edər. Dəmləmə belə hazırlanır; qurudulmuş armudu xırda-xırda doğrayıb çaynikə tökürlər, üstünə qaynar su alıb, 4 saat dəmdə saxlayırlar, sonra züzürlər. Ondan uşağa gündə 3 dəfə, hər dəfə 50 qr içirdirlər.
Uşağın qulağı ağrıyırsa şüyüd yarpaqlarını barmağınızın arasında əzin ki, bir az suyu çıxsın. Ondan balaca fitil düzəldin, uşağın ağrıyan qulağına qoyun. Fitili bir az uzun edin ki, çıxarmaq asan olsun.
Bəzi uşaqlarda boy artımı zəif olur. Onda belə bir üsul xeyirlidir: 2 stəkan qaynar südə 1 ədəd yumurta qatıb möhkəm çalın. Bu qarışıqdan gündə bir neçə dəfə uşağa içirtmək lazımdır. Bu həmin aradan qaldırmağa qadirdir.
Kəskin bağırsaq infeksiyasında yerkökü həlimi kara gəlir. Yerkökünü sürtkəcin iri gözündən keçirin. Onu 1 stəkan suya qatıb yarım saat qaynadın və süzün. Həlimə azca düz qatın və qaşıq-qaşıq uşağa gün ərzində bir neçə dəfə verin.
Əgər təzə doğulmuş uşağın göz qapaqları şişib və qızarıbsa, gözdən yapışqanlı, irinli maye axırsa, onda uşağın gözünə aptek çobanyastığı çiçəklərinin cövhəri ilə isladılmışkompres qoymaq lazımdır.
Xaiq təbabətində göyöskürəyin ən təsirli dərmanlarında biri bu qayda ilə hazırlanır: orta böyüklükdə bir baş sarımsaq götürüb onun beş dişini ayırın. Xırdaca doğrayın və döyün. Pasterizə edilmiş bir stəkan südün içinə töküb qaynadın. Bundan gündə 3-4 dəfə, 1 xörək qaşığı uşaqlara vermək oluqca yaxşı təsir göstərir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Yeməklə birlikdə su içənlərə xəbərdarlıq
Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR
Rusiyanın xarici agent kimi tanıdığı Maksim Qalkin Bakıya gəlir
Albalının xərçənglə mübarizədə rolu
Hasan Can Kaya nişanlandı
Ofeliya qardaşı üçün qan axtarır - İzləyicilərinə səsləndi
Bu içki kişiləri prostat xərçəngindən qoruyur
Çinlilər oyanandan sonra bunu edirlər
Ayaq və əllərdə göbələk varsa, belə edin
Qadınların bədənindən əllərinizi çəkin' - Hadisədən tənqidlərə cavab
Şampun saç tökülməsinə səbəb ola bilər?