Bioloji parçalanan implantlar
Mütəxəssislər zədələnmiş sümükləri bərkitmək yolu ilə fiksə edən mineral-polimer implantları yaradıb. Bu cür materiallar hazırda istifadə olunan standart metal konstruksiyaları əvəz edə bilər. Tədqiqatçılar yeni implantın əsas üstünlüyünü qeyd edərək, onun xəstənin sümük toxumasını tamamilə əvəz etdiyini bildirir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, implant hissələrini və ya vintləri çıxarmaq üçün yenidən əməliyyatlara ehtiyac yoxdur. Tədqiqatçılar yeni materialın tərkibini, sümük hüceyrələri tərəfindən parçalanan polimer və kalsium tərkibli maddələrdən hazırlayıb. İstehsalçıların planlaşdırıldığı kimi, implantlar quraşdırıldıqdan sonra, altı aydan iki ilə qədər müddətdə, sümükləri kalsium və fosforla qidalandıraraq, onları bərpa etməklə orqanizm tərəfindən həzm ediləcək. Material daxildə həll etdikdən və zədəni sağaltdıqdan sonra, onun heç bir hissəsi qalmamalıdır.
Xatırladaq ki, hazırda sümükləri düzəltmək üçün vintlər və sancaqlardan istifadə olunur, onların çıxarılması ikinci bir əməliyyat tələb edir. İmplantların yaxın bir neçə ilə bazara çıxarılması gözlənilir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi