Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı - FOTOLAR

Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı - FOTOLARBakı şəhəri, 214 saylı tam orta məktəbin şagirdi Leyli Əhmədova qəbul imtahanında 700 bal toplayan 7 abituriyentdən biridir. III ixtisas qrupu üzrə maksimum nəticə göstərən Leylinin qardaşı da 3 il əvvəl imtahanda 700 bal toplayıb.

Xanim.az xəbər verir ki, L.Əhmədova azvision.az-a açıqlamasında sınaq imtahanlarında həmişə yüksək bal topladığını deyib.

"Sınaq imtahanlarında hər zaman yüksək nəticə göstərmişəm. Sadəcə qorxduğum kiçik səhvin məni 700 baldan məhrum etməsi idi. Amma hər şey uğurla keçdi və mən maksimum nəticə göstərdim. 11 il ərzində hər zaman yüksək qiymətlərlə oxumuşam və nəhayət, zəhmətimin bəhrəsini gördüm. 3 il əvvəl qardaşım İbrahim II ixtisas qrupu üzrə 700 bal toplayıb, hazırda ADA Universitetində Beynəlxalq münasibətlər fakültəsində təhsil alır. Anam "Riyaziyyat" müəlliməsidir. Bizdə oxumağa meyl ondan gəlib. 4 fəndən hazırlığa getmişəm, amma "Riyaziyyat"dan isə məni qardaşım hazırlaşdırıb ".

Rekordçu Leyli oxuyacağı təhsil ocağını hələ seçməkdə tələsmir: "Qarşıda hələ 3 ayım var, seçimə tələsmirəm".

Leyli, həmçinin çox oxumaqdan gözlərinin zəfilədiyini söyləyib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirib. İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III ixtisas qrupu üzrə isə 5 abituriyent (Bakı şəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb, Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı - FOTOLARBir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı - FOTOLAR

Xəbərlər     Baxılıb: 2310   Tarix: 16 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

hamilelikde qidalanma makiyaj etmek qaydalari maskalar azərbaycan haqda gənc qalmağın sirləri saç hörükləri infarkt elametleri kosmetika burcler haqqinda zehmet ve zinet cantalar hakışta atalar sözləri