"Bir Pərvin Abıyeva lazımdır, bir də üçmərtəbəli villa": Pərvin açıq-saçıqlıqdan danışdı

"Bir Pərvin Abıyeva lazımdır, bir də üçmərtəbəli villa": Pərvin açıq-saçıqlıqdan danışdı"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan aktrisa Pərvin Abıyeva maraqlı açıqlamalar verib.

Aktrisa, onu tənqid atəşinə tutanlarla hər zaman mübarizə apardığını desə də, artıq həmin tənqidlərin öhdəsindən gəlməkdə çətinlik çəkdiyini etiraf etdi:

"Türklər demişkən, çox acımasız tənqid edirlər. Çox vaxt tənqiddən təhqirə keçirlər. Çalışıram, bacardığım qədər susum, amma bəzi nüanslar var ki, artıq susa bilmirsən. Ya cavab yazırsan, ya da qanuni yollara əl atırsan. Düşünürəm ki, bu öhtəsindən gəlinəcək bir şey deyil artıq. Mumkün deyil".

Ətrafdakıların fikrinin elə də önəmli olmadığını deyən Pərvin, yalnız öz qaydaları ilə yaşadığını söylədi:

"Yaxınlarım da bilirlər ki, mənim özüməxas qayda-qanunlarım var. Qanun-qayda ilə yaşayan insanam. Ancaq öz qaydalarımla. Ətrafın fikri mənim üçün önəmli deyil. Çünki onlara baxsam, artıq öz həyatımı yaşamayacam, başqaları üçün yaşamış olacam".

Açıq-saçıq səhnələrə çəkilmək üçün Pərvin Abıyevaya təkliflər gəlsə də, aktrisa həmin təkliflərə hər zaman rədd cavabı verdiyini bildirdi:

"Adım elə çıxıb ki, guya mən açıq-saçıq səhnələrə çəkilmişəm. Mənim bu günə kimi oynadığım heç bir filmdə açıq-saçıq səhnə yoxdur. Bəzi danışıqlar ola bilər, o da ki normaldır. Əgər küçə qızını oynayırsansa, məcbursan ki, küçə danışıqları danışasan. Küçə qızı aristokrat danışa bilməz. Açıq-saçıq səhnə təklifləri gəlib, ancaq hər zaman rədd etmişəm. Sırf yoruculuq baxımından çox serialda çəkilmirəm. Çəkilən əziyyətə də ki, dəymir. Həm canın gedir, həm də istədiyin maddiyyatı vermirlər. Ancaq filmlərə çox çəkilirəm. Zarafatla deyirlər ki, Azərbaycanda film çəkmək üçün bir Pərvin Abıyeva lazımdır, bir də üçmərtəbəli villa".

O, hərəkətlərinin, sözlərinin gündəm mövzusu olmasına da toxunub:

"Əslində Azərbacanda həm görünüş, həm də istedad baxımından çox aktrisa var. Ancaq nədənsə mən yaddaşda tez qaldım. Bilmirəm o qıtlıq dönəmindəmi mən çıxdım və bu qədər məşhurlaşdım, deyə bilmərəm. Özləri məni sosial şəbəkələrdə məşhur ediblər. Sırf özüm istədiyim kimi hərəkət etdiyim üçün, istədiyim kimi geyindiyim üçün, heç kimə fikir vermədiyim üçün məni bu qədər tənqid edirlər, üzərimə gəlirlər. Ancaq məni tanıyan insanlar bilir ki, mən elə insan deyiləm".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbərlər     Baxılıb: 4159   Tarix: 17 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

yaz geyimleri 2026 sade makiyaj sekilleri həkim məsləhəti qışa hazırlıq badımcan zire yagi sac ucun maraqli sekiller ulduzlar kosmetika vətənə aid bayatılar 8 mart uzeyir hesaplama ağır itki