"Bir qadın kimi xoşbəxt ola bilmədim" -Həmidə Ömərova

"Bir qadın kimi xoşbəxt ola bilmədim" -Həmidə Ömərova"Biz sovet dövründə böyümüşük, ona görə də ulduz xəstəliyimiz yoxdur. İndi də sadə insanlar var, amma azdır. İnsana gərək ətrafındakılar dəyər versin. Bəziləri özlərini olduqlarından yüksək göstərməyə çalışırlar və buna nail olurlar. Həmin insanları mən oxuyuram".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Həmidə Ömərova deyib.

"Geriyə baxanda" verilişinin qonağı olan aktrisa həmkarlarının təkəbbürlüyündən gileylənib:

"Gənclik illərində düşünürdüm ki, dəyişim. İndi isə olduğum kimiyəm. Belə olmaqla insanları səmimi olmağa sövq edirəm. Gözəllik sadəlikdir. Vaxtilə Leyla Bədirbəylidən bir atalar sözü eşitmişdim: "Ağac nə qədər bar versə, başını aşağı salar". Hər zaman buna əməl edirəm. Özümü başqa cür qələmə verməyə çalışmamışam. Necəyəmsə, eləyəm".

H.Ömərova heç vaxt plastik əməliyyat etdirmədiyini söyləyib:

"Hələ etdirməmişəm. Amma bir şey etiraf edim: "Nizami" filmində çəkilirdim. Çəkilişlər Moskvada aparılırdı. Rəfiqəmlə küçəylə gedəndə kosmetoloji mərkəz gördük. Anam deyirdi ki, burnunda əməliyyat etdirməlisən. Mən də mərkəzin qabağından keçəndə getdim yazıldım Həkimə. Həkim deyir ki, niyə istəyirsən? Qayıtdım ki, uzundu, mənə mane olur. Amma etmədilər, dedi ki, "Get, nə vaxt səni filmə çəkməsələr gələrsən edərəm". Həmin hadisədən sonra mənim üçün plastik əməliyyat mövzusu bağlandı. Allah səni belə yaradıb, bu görünüş sənə xüsusi şarm verir. Niyə edirsən?".

"Həyatda o qədər problemlər var ki… Görürəm qonşum pisdi, həmkarım xəstədir, necə rahat yaşayım? Mən rahatlığı ancaq işdə tapa bilirəm" deyə, H.Ömərova söyləyib.

Aktrisa daha sonra xoşbəxtlikdən söz açıb. O, "Demisiniz ki, xoşbəxt anayam. Amma qadın kimi xoşbəxt olmadım" sözlərinə belə cavab verib:

"Bir dəfə etiraf etmişəm... Bir qadın kimi xoşbəxt ola bilmədim. Mən xoşbəxt ana və aktrisayam. İnsan həyatda hərtərəfli xoşbəxt ola bilməz. Mən həyat yoldaşımla dostam, bir-birimizi başa düşürük. Amma xoşbəxtlik başqa şeydir. Mən onu filmlərdə, rollarda oynamışam. Orada onun nə olduğunu hiss etmişəm. Reallıqdır, hər zaman nəyisə qurban veririk. Hər şeyi çatdırmaq mümkün deyil".

Xəbərlər     Baxılıb: 3032   Tarix: 30 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

aksessuarlar qaşların formalari geyim və ayaqqabılar cinsi problemlər moruğun faydasi tozsoranlar meyvələr kosmetika novruza aid hakışta qizlar sekis novruza aid hakışda usaq seirleri