Birinci vitse-prezident Mehriban Əliyeva uşaq evində böyüyən gənclərə toy etdi- FOTOLAR

Martın 4-də valideyn himayəsindən məhrum olmuş Yasəmən və İbrahim Abzotovların toy mərasimi keçirilib. Mərasim Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

Xanim.az xəbər verir ki, valideyn himayəsindən məhrum olan İbrahim və Yasəmən Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüblər. Elə onların məhəbbət hekayələri də burada başlayıb.

"Heç bir uşaq dövlət himayəsindən kənarda qalmamalıdır və uşaq dövlətin himayəsinə götürüləndən sonra o, kimsəsiz deyil, o, bizim uşaqdır, dövlətin uşağıdır, Azərbaycanın uşağıdır". Fond ulu öndər Heydər Əliyevin bu fikrini fəaliyyətində hər zaman rəhbər tutaraq valideyn himayəsindən məhrum olan uşaqların təlim-tərbiyəsini, onların təhsilini daim diqqətdə saxlayır. Fondun prezidenti Mehriban Əliyeva, vitse-prezidenti Leyla Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində olur, onların gündəlik qayğıları, təlim-tərbiyələri, təhsilləri, asudə vaxtlarının təşkili ilə maraqlanır və dəstək olurlar. Bütün görülən işlər və qayğı nəticəsində artıq Heydər Əliyev Fondu bu uşaqlar, yeniyetmələr üçün bir ailəyə çevrilib. Fondun prezidenti Mehriban Əliyeva uşaq evlərində məskunlaşan gənclərə əsl ana qayğısı göstərir və bu münasibət yalnız onlar uşaq evlərində məskunlaşdıqları müddətdə deyil, həmin müəssisələrdən ayrıldıqdan sonra da davam edir. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən gənclər üçün Abşeron və Nizami rayonlarında yaşayış binaları inşa edilib. Həmçinin bu gənclərin işlə təmin edilməsi məsələsi də diqqətdə saxlanılır.

Heydər Əliyev Fondunun əməkdaşlarının müxtəlif bayram və əlamətdar günləri də uşaq evlərində məskunlaşan uşaqlar, gənclərlə birlikdə qeyd etmələri artıq bir ənənədir.

Bu gün isə Heydər Əliyev Fondu öz ailə üzvlərindən iki gəncin toy mərasimini təşkil edərək, cavanların ən əlamətdar günlərini onlarla birlikdə keçirir.

İbrahim Abzotovla on yeddi ildir dostluq etdiyini deyən Hicran Novruzov gənclərə ailə səadəti arzulayıb: "İbrahim fəal, savadlı və mərd bir oğlandır. Onu 11 yaşından tanıyıram. Bu müddətdə İbrahimlə aramda çox möhkəm dostluq yaranıb. Mən bu dostluqdan məmnunam. Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya valideyn himayəsindən məhrum olan uşaqlara göstərdiyi bu dəstəyə görə minnətdaram".

Qeyd edək ki, İbrahim Abzotov 1989-cu ildə Bakıda doğulub. Kiçik yaşlarından valideyn himayəsindən məhrum olan İbrahim Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüb.

Məktəb illərində İbrahim Abzotovun nizam-intizamlı, savadlı və sağlam düşüncəli bir şagird olduğunu bildirən Elçin Abbasov İbrahimlə bir yerdə oxuyub. Sinif yoldaşına ən xoş arzularını çatdıran E.Abbasov deyib: "Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Onlar valideyn himayəsindən məhrum olmuş uşaqlara hər zaman diqqət və qayğı ilə yanaşırlar. Bugünkü gün də bu qayğının, diqqətin daha bir göstəricisidir. Ölkəmizdə gənclər, o cümlədən valideyn himayəsindən məhrum olanlar üçün hər cür şərait yaradılıb".

Yasəmən Abzotova 1994-cü ildə Bərdə rayonunun Alaçadırlı kəndində dünyaya gəlib. 2001-ci ildən valideyn himayəsindən məhrum olub. Nizami rayonundakı 1 saylı uşaq evində təlim-tərbiyə alıb. 2012-ci ildə Nizami rayonu 220 saylı məktəbi bitirən Yasəmən Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olub.

Yasəmən Abzotova ilə Azərbaycan Dillər Universitetində birgə təhsil alan Türkan Qurbanzadə ən yaxın rəfiqəsinə xoşbəxtlik və ailə səadəti arzulayıb: "Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya valideyn himayəsindən məhrum uşaqlara, gənclərə göstərdiyi dəstəyə görə sonsuz minnətdarlığımı bildirirəm. Bu gənclərin qayğıya böyük ehtiyacları var".

Nizami rayonu 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova yeni ailə quran gənclərə xoşbəxtlik, gələcək ailə həyatlarında uğurlar diləyib: "Bilirsiniz ki, fəaliyyətə başladığı gündən Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyeva valideyn himayəsindən məhrum olan uşaqların təlim və tərbiyəsi istiqamətində, eləcə də ölkəmizdə təhsil və sosial sahələrdə çoxsaylı tədbirlər reallaşdırıb. Valideyn himayəsindən məhrum olan uşaqlara hər zaman xüsusi qayğı ilə yanaşıb. Mehriban Əliyeva ölkəmizdəki uşaq evlərinin fəaliyyətini daim diqqətdə saxlayır. Bugünkü toy mərasimi bir daha göstərir ki, ölkəmizdə hər bir vətəndaşın, hər bir gəncin arxasında Azərbaycan dövləti dayanır".

Yeri gəlmişkən, Yasəmən 2016-cı ildə universiteti bitirdikdən sonra Heydər Əliyev Mərkəzində çalışır. İbrahim isə təhsilini başa vurduqdan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işlə təmin olunub.

Ailə quran gənclər Nizami rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan gənclər üçün inşa edilmiş yaşayış binasında mənzillə də təmin edilib.

Toy mərasimində bəylə gəlinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından avtomobil hədiyyə olunub.(oxu.az)
Birinci vitse-prezident Mehriban Əliyeva uşaq evində böyüyən gənclərə toy etdi- FOTOLARBirinci vitse-prezident Mehriban Əliyeva uşaq evində böyüyən gənclərə toy etdi- FOTOLARBirinci vitse-prezident Mehriban Əliyeva uşaq evində böyüyən gənclərə toy etdi- FOTOLARBirinci vitse-prezident Mehriban Əliyeva uşaq evində böyüyən gənclərə toy etdi- FOTOLARBirinci vitse-prezident Mehriban Əliyeva uşaq evində böyüyən gənclərə toy etdi- FOTOLARBirinci vitse-prezident Mehriban Əliyeva uşaq evində böyüyən gənclərə toy etdi- FOTOLARBirinci vitse-prezident Mehriban Əliyeva uşaq evində böyüyən gənclərə toy etdi- FOTOLARBirinci vitse-prezident Mehriban Əliyeva uşaq evində böyüyən gənclərə toy etdi- FOTOLARBirinci vitse-prezident Mehriban Əliyeva uşaq evində böyüyən gənclərə toy etdi- FOTOLARBirinci vitse-prezident Mehriban Əliyeva uşaq evində böyüyən gənclərə toy etdi- FOTOLARBirinci vitse-prezident Mehriban Əliyeva uşaq evində böyüyən gənclərə toy etdi- FOTOLAR

Xəbərlər     Baxılıb: 1781   Tarix: 05 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu əlamətləri nəzərə almadı, 15 ay sonra bağırsaq xərçəngindən öldü

İngiltərədə yaşayan 44 yaşlı Laura Dawson bağırsaq xərçəngi diaqnozu qoyulduqdan 15 ay sonra vəfat edib. xəbər verir ki, iki uşaq anası olan qadın yaşadığı şişkinlik və yorğunluğu menopozla əlaqələndirərək həkimə getməyib

.

Yay aylarında xəstəliklərin əsas səbəbləri nədir?

Yay mövsümündə havaların isinməsi ilə bir sıra xəstəliklərin yayılmasında artım müşahidə olunur. Bəs xəstəliklərin əsas səbəbləri nədir? . xəbər verir ki, həkimlərin fikrincə, bu dövrdə baş verən xəstəliklərin əsas səbəblər

.

Uşaqlarda dəri yanması riski: Xərçəngə səbəb olur

Yay aylarında günəşə məruz qalmanın müxtəlif faydaları var, lakin həddindən artıq olmamaq və müəyyən saatlarda kölgədə qalmaq lazımdır. e- -a istinadən xəbər verir ki, körpələrdə və uşaqlarda günəş yanıqları sonrakı illərd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Litri 20 manatdır - Xərçəngi məhv edir

ABŞ-də alimlər zeytun yağının xərçəngə qarşı gözlənilməz təsirini üzə çıxarıblar. xəbər verir ki, Rutgers Universiteti ilə Hunter College-in birgə apardığı araşdırma nəticəsində məlum olub ki, zeytun yağında təbii şəkild

.

Ətri hara vuraq ki daha qalıcı olsun?

Ətirdən düzgün istifadə onun qalıcılığını xeyli artırır. Mütəxəssislərin fikrincə, bədənin müəyyən nahiyələrinə vurulan ətir daha uzunmüddətli təsir göstərir. -ın məlumatına görə dermatoloqlar bildirirlər ki, ətirin qalıc

.

Bu qidaları birlikdə YEMƏYİN – Ekspertdən xəbərdarlıq

Bəzi qida birləşmələri sağlamlıq üçün təhlükə yarada bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, düzgün olmayan qidalanma vərdişləri, xüsusilə ziddiyyətli məhsulların eyni vaxtda qəbulu həzm sistemində problemlərə, vitamin-minera

.

Xərçəng hüceyrələrini 30 dəqiqəyə məhv edir

ABŞ-da aparılan araşdırma zeytun yağının təkcə ürək və beyin üçün deyil, həm də xərçənglə mübarizədə təsirli ola biləcəyini üzə çıxarıb. xəbər verir ki, Rutgers Universiteti və Hunter Kollecində aparılan tədqiqatda zeytu

.

Qarpızdan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?

Yay aylarının sevilən meyvələrindən biri olan qarpız təkcə dadlı deyil, həm də bədən üçün faydalı vitamin və minerallarla zəngindir. xəbər verir ki, lakin düzgün seçilmədikdə və ya düzgün saxlanmadıqda, qarpızdan zəhərlənm

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az makiyaj etmek qaydalari toy makiyaji sekilleri yay kolleksiyasi kökəlmə sirləri seksual pozalar metbex toyluq donlar 2025 bürcler qizliq perdesi üzeyir hacıbəyli atalar sözləri hakiwda