Birtərəfli güclü ağrılar, ürək bulanması, qusma – Miqren nədir nə ondan necə qorunmalı?

Birtərəfli güclü ağrılar, ürək bulanması, qusma – Miqren nədir nə ondan necə qorunmalı?Günümüzdə miqrendən (başın bir, nadir hallarda hər iki hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlik – red.), demək olar ki, hər kəs şikayətlənir.

Birtərəfli güclü ağrılar, ürək bulanması, işığa qarşı həssaslıq, qusma və s. əlamətlərlə özünü biruzə verən miqren ağrılarının yaranmasının konkret səbəbi olmadığı kimi, müalicəsi də yoxdur.

Minval.İnfo xəbər verir ki, Sputnik Azərbaycan-a danışan həkim-terapevt Məlahət Abbasova bildirib ki, miqren üz və baş bölgəsini əhatə edən xroniki xəstəlikdir. Miqrenə soyuq, isti, qoxu və s. xarici təsirlərlə yanaşı yuxusuzluq, aclıq və depressiya səbəb ola bilər. Xəstəliyin müalicəsi məqsədilə, sadəcə olaraq ağrını aradan götürmək üçün ağrıkəsicilərdən istifadə etmək olar.

Həkimin sözlərinə görə, miqren ağrılarının şiddətlənməsinə səbəb baş və beyin damarlarının genişlənməsidir: "Uşaqlıq, hətta körpəlikdə belə, miqren ağrıları müşahidə edilə bilər. Ancaq yeniyetməlik dövründə hormonlara təsir edən yaş və stress faktorlarının təsiri ilə 35-45 yaşlarında ağrı və onun gücü gündəlik həyata təsir edir. Miqren xəstələri sinirlərin həddindən artıq həssaslığı ilə dünyaya gəlir".

M.Abbasova qeyd edib ki, miqren ağrıları zamanı istifadə edilən dərmanlar uzunmüddətli istifadəyə uyğun deyil: "Ağrı zamanı işığa və səsə həssaslıq artır. Bu zaman ürək bulanma, qusma və s. əlamətlər müşahidə edilir. Xəstələrin qaranlıq otaqda yatmaq və qusmaq istəyi miqren ağrısını azaldır".

"Miqren ağrıları fərqli olur. Uzun müddət ara ilə müşahidə edilən ağrılar "epizodik ağrılar" adlanır. Ağrılar son 3 ayda 15 gün və daha çox olursa, bu, artıq xroniki miqrendir. Xroniki miqrenə depressiya, yuxusuzluq və digər problemlər səbəb ola bilər. Xroniki miqren müalicə edilmədiyi təqdirdə ciddi fəsadlara yol aça bilər" – mütəxəssis vurğulayıb.

Müsahibimiz qeyd edib ki, miqren ağrıları daha çox 20 yaşından sonra başlayır və tutmaları, əsasən 4 mərhələli – prodrom, aura, baş ağrısı və postdrom olur: "Hər miqren tutmasında bütün mərhələlər yaşanmaya bilər. Prodrom mərhələsi zamanı baş ağrısı başlamazdan bir-iki gün öncə xəstələr yaxınlaşan miqren tutmasını müxtəlif əlamətlərlə hiss edə bilərlər. Bu zaman xəstədə qəbzlik, qaraqabaqlıq, narahatlıq, aclıq, boyun tutulması, susuzluq, tez-tez əsnəmə müşahidə edilir".

Həkimin sözlərinə görə, ikincisi aura mərhələsidir: "Auralı xəstələrdə ağrıdan sonra və ya öncə nevroloji problemlər yaşana bilər. Auralı tutmalarda xəstələrdə toxunma hisslərində gücsüzlük, danışmada pozuntu, görmə qabiliyyətinin azalması, keyimə və s. problemlər müşahidə edilə bilər. Postdrom mərhələsi zamanı isə xəstə özünü tükənmiş hiss edir".

Terapevt müalicə edilməyən miqren tutmalarının 4 və ya 72 saat davam edə biləcəyini diqqətə çatdırır: "Bu tutmalar nadir hallarda olmaqla yanaşı, həftədə və ya ayda bir neçə dəfə təkrarlanar. Məsləhətdir ki, göy gurultusu kimi ani və şiddətli baş ağrısı, hərarətin artması, cüt görmə, keyimə, danışma problemi, öskürək, gücənmə, ani bir hərəkətdən sonra baş ağrısı, 50 yaşdan sonra başlayan baş ağrıları hiss etdikdə mütləq nevroloqa müraciət etmək lazımdır".

İndiyədək əksər mütəxəssislər bildiriblər ki, miqrenin konkret səbəbi məlum deyil. Bəzi duzlu qidalar, pendir, alkoqollu içkilər, xüsusilə şərab, yüksək kofeinli içkilər, cinsi aktivlik, fiziki eyforiya da miqrenə səbəb ola bilər. Ailədə miqren xəstəsinin olması da miqren olma ehtimalını artırır. Külək, fırtına, günəş işığı, yüksən nəm səviyyəsi də miqren yarada bilər.

Həkimlər onu da qeyd edirlər ki, qadınlarda miqren xəstəliyi kişilərə nisbətən daha çox olur. Miqrenli xəstələrə məsləhət görülür ki, sağlam qidalansınlar, ac qalmasınlar. Bol su içmək, idman etmək, yuxu rejiminə diqqət yetirmək, stressi artıran mühitlərdən uzaq olmaq lazımdır. Narahat edən hava şəraiti zamanı isə evdən çıxmamaq məsləhətdir.

Xəbərlər     Baxılıb: 2071   Tarix: 06 yanvar 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

adlarin menasi qadın geyimi makiyaj etmek qaydalari vannalar viktoriya sekret geyim 2026 qadinlarda cinsi isteksizlik kosmetika englishdilində qulaq namiq qaraçuxurlu uzeyir hacibeyli gəncə xərçəng bürcü