Bitkisinə əl vurmaq olmur, ancaq çayı çox faydalıdır
Ağciyər xəstəlikləri və zəif immunitet problemi ilə mübarizədə təbii vasitələrə arasında gicitkən xüsusi yer tutur.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə gicitkən tərkibindəki vitamin, mineral və antioksidantlarla immun sistemini gücləndirir və xüsusilə ağciyərləri zərərli maddələrdən təmizləməyə kömək edir. Bu səbəbdən də ağciyər xəstəliklərinə qarşı qoruyucu təsir göstərir və ümumi sağlamlığa fayda verir.
Gicitkən ən çox may-avqust ayları arasında yığılır və xüsusilə çay formasında istifadə edilir. C vitamini, dəmir və yodla zəngin olan bu bitki, həm orqanizmi möhkəmləndirir, həm də dərini yeniləyərək sızanaqları azaldır, həzmi asanlaşdırır və enerji verir.
Ancaq mütəxəssislər xəbərdarlıq edir ki, gicitkənə qarşı allergiyası olan şəxslər bu bitkidən istifadə etməməlidirlər. Bəzi hallarda dəridə qızartı, qaşınma, şişkinlik, hətta nəfəs darlığı və huş itkisi kimi ciddi allergik reaksiyalar yarana bilər.
Gicitkən çayı hazırlanarkən bir yemək qaşığı qurudulmuş gicitkən kifayətdir. Bitki qaynar suya əlavə olunmalı və 5-7 dəqiqə dəmlənməlidir. Daha sonra süzülərək içilə bilər. Mütəxəssislər gündə sadəcə bir stəkan içməyi tövsiyə edirlər, çünki artıq miqdarda qəbul edildikdə orqanizmdə su itkisinə və elektrolit pozuntularına səbəb ola bilər.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi